Zehni məşqlər: dəqiq vaxtı necə bilmək olar?

Bəzən vaxtı dəqiq öyrənmək elə də asan olmur. Sizə bizim yeni tapmaca barədə fikirləşməyi təklif edirik.

Uğurlar!

Fotonun müəllifi Getty Images

Tapmaca 15

Albert Einstein iki qeyri-adi saatla sınaq keçirir, hər iki saatın 24 saatlıq siferblatı var.

Bir saat özünün normal sürətindən iki dəfə artıq sürətlə hərəkət edir.

Digər saat isə normal sürətlə, amma geriyə gedir. Bununla yanaşı saatlar düzgün vaxtı saat 13:00-də göstərir.

Bu saatların əqrəbləri daha hansı saatda üst-üstə düşür?

Cavabı görmək üçün bura basın

Cavab

Bu saatlardan biri vaxtı 2 saat qabaqlayır, digər saat isə bir saat geri qalır.

Beləliklə, onlar arasında fərq 3 saat təşkil edir. Buna uyğun olaraq, 8 saat sonra fərq 24 saat təşkil edəcək, daha dəqiqi saatlar eyni vaxtı göstərəcək.

Saat 13:00-dən 8 saat sonra saat 21:00 olacaq və hər iki saatda vaxt 05:00 göstərəcək.

Tapmacanın mənbəyi: Cambridge Universiteti

Digər tapmacaları burada tapa bilərsiniz. Uğurlar!

Bu barədə daha geniş