Zehni məşqlər: kimin qısa fitili var?

Bu həftənin sonuncu tapmacasıdır. Uğurlar!

Fotonun müəllifi Getty Images

Tapmaca 16

Siz iki fitildən və kibritlə dolu qutudan istifadə etməklə 45 dəqiqəni ölçməlisiniz.

Fitillər müxtəlif materiallardan hazırlanıb, yəni ipin müxtəlif hissələri müxtəlif sürətlə yanır.

Hər fitil tam olaraq bir saat ərzində yanır. Siz bu məsələni necə həll edərsiniz?

Cavabı görmək üçün bura basın

Cavab

Bir fitili hər iki ucundan, digərini isə yalnız bir ucundan yandırmaq lazımdır.

Birinci fitil tam yandıqdan (30 dəqiqə sonra) dərhal sonra ikinci fitilin digər ucunu yandırın(əks halda o daha 30 dəqiqə yanacaq).

Belliklə, ikinci fitil daha 15 dəqiqə yanacaq. Birlikdə 45 dəqiqə alınacaq.

Tapmaca BrainDen.com saytından götürülüb.

Digər tapmacaları burada tapa bilərsiniz. Uğurlar!

Bu barədə daha geniş