Məşhurlar səhər nə yeyir?

Gwyneth Paltrow ve Jenifer Aniston Fotonun müəllifi Reuters/Getty

İşə başlamadan əvvəl idman və meditasiya ilə məşğul olub ya da ki, İnstagram şəkillərinə layiq bir səhər yeməyi yeyə bilirisiniz?

Cavabınız "yox" isə məşhur jurnalların səhifələrində yer almağınız çətin olacaq.

Məşhurların həyatları barədə danışarkən onların inanılmaz dərəcədə erkən oyandıqları, intensiv bir məşqdən sonra, xüsusilə də qəhvədən imtina etdiklərini oxuduğumuzda başımızı bulayırıq.

Red Magazine-nin gözəllik redaktoru Rosie Green səhər saat 6-da qalxdığını, qaçdıqdan sonra meyvə və yulaf sıyığı yediyini, sonra uşağı məktəbə apardığını, daha sonra isə saçlarını sahmana saldığını söyləyir.

Uşaq kitabları yazaı Pip Jones isə səhər vərdişlərini belə təsvir edir.

"04.30-da yuxudan oyanıram, çünki çox işləməliyəm. 05:30-da yataqdan qalxıb tünd bir çay dəmləyirəm. Şəkərsiz dadı o qədər pis olur ki, içinə çoxlu şəkər atmağa məcburam. 06.30-da isə günə deyinərək başlayıram".

Fotonun müəllifi Getty Images
Image caption Səhər işə getməmişdən yelkənli surfing-lə məşğul olmaq mümkündürmü? Ser Richard Branson üçün bu sualın cavabı "bəli"dir

İşdən əvvəl 3 saatlıq proqram

Jones-in əksinə olaraq bəziləri səhərlər bəzənmək və qidalanmaqla yanaşı bir çox şeyi edə bilirlər.

Buna nümunə olaraq Mark Sloan adlı bir amerikalı işçinin Linkedin-də paylaşdığı statusu misal gətirmək olar. Saat 08:15-də iş yerinə getməmişdən əvvəl o, gördüyü işlərə 3 saat vaxt sərf edir. Onun bu sıx proqramına "dil öyrənmə" və "bir litr su içmək" kimi işlər də daxildir.

Müvəffəqiyyət qazanan bir çox iş adamı üçün günə erkən başlamağın alternativini belə düşünmək olmaz. Əgər iş adamı olan cənab Richard Branson səhər saat 5-də qalxmasaydı, səhər yeməyindən əvvəl yelkənli surfing-lə (windsurfing) məşğul olmağa necə vaxt ayıra bilərdi?

Britaniyanın Virgin Adalarında yaşayan və Virgin şirkətinin təsisçisi olan Branson-un sübh tezdən qalxması sayəsində daha kimsə kompüterini açmadığı halda, poçtasına baxdığını söyləyir.

Fotonun müəllifi cindycrawford Instagram
Image caption Super model Cindy Crawford səhər yeməyini İnstagram-da paylaşıb

Cindy Crawford: Yaşıl çay və məşq

Amma o vaxtlarda kompüterini açan başqaları da var. Buna nümunə olan supermodel Cindy Crawford-dur. Səhər saat 06:30-dan əvvəl ona gələn məktubları oxuyan model sonra bir fincan yaşıl çay içib məşqlərə başlayır:

"Əvvəlcə 10 dəqiqə cakkuziyə girirəm, mənim üçün bu meditasiyaya bərabərdir. Sonra kardio məşqləri, 10 dəqiqəlik tramplin və 10 dəqiqəlik pilləkən qaçışı gəlir. Saat 8-də bir fincan yaşıl çay və bir stəkan yaşıl meyvə şirəsi içirəm".

Prodüser Simon Cowell yeni günə döşəmədən "jim"lə başladığını deyir.

Daha sonra saunaya girdiyini söyləyən Cowel səhər yeməyini hər zaman yataqda yeyir.

Jenifer Aniston: Səhər yeməyində yonca tozu

Amerikalı aktrisa Jenifer Aniston günə limonlu isti su içməklə başladıqdan sonra 20 dəqiqə meditasiya ilə məşğul olur.

Səhər yeməyində isə yonca tozu və yaşıl bitkilərdən ibarət bir kokteyl içir.

Səhər yeməyindən sonra etdiyi məşqlər isə bir çox insanın bir həftədə etdiyi məşqlərə bərabərdir: Yarım saat velosiped, 40 dəqiqə yoqa və gimnastika.

Aktrisa Gwyneth Paltrow-un səhərləri isə eyni anda bir neçə işi etməklə keçir. Özünün internet saytında dediyinə görə, 45 dəqiqə aerobrika və bir müddət də omba qaldırma məşqləri edən Paltrow duş qəbul etdikdən sonra saçlarını qurudan zaman məşq sonrası hərəkətlər edir.


Əlaqəli mövzular

Bu barədə daha geniş