İrlandiya bağında almadan olan xalça tapmacası: Nə baş verib?

Alma Fotonun müəllifi Ann Fitzpatrick Florist, Clonmel, Co Tipperary
Image caption İrlandiyanın cənubundakı Clonmel şəhərində almadan "xalça"

İrlandiyanın sidr (az spirtli içki) istehsal ediən şəhərlərindən birindəki almadan olan maraqlı "xalça" fotoqrafların diqqətini cəlb edib.

Belə təəssürat yaranır ki, kimsə çox səliqəli şəkildə almaları bağın böyük sahəsində bir-bir torpağa düzüb.

Fotonun müəllifi Ann Fitzpatrick Florist, Clonmel, Co Tipperary

Fotoqraf Tony İgan-ın dediyinə görə, İrlandiyanın Clonmel şəhərindəki bağda almalar oktyabrın 16-da baş verən "Ofeliya" qasırğası nəticəsində yaranan güclü küləkdən sonra tökülüb.

Alma bağları böyük ərazini əhatə edir.

Lakin fotoqrafın sözlərinə görə, nisbətən kiçik yer olan bu ərazi Shur çayının yanındakı düzənlikdə yerləşir.

"Qasırğa nəticəsində çay məcrasından kənara çıxıb və bu ərazidə yerə tökülən almaları yuyaraq bağı suya qərq edib.

Bir müddət burada almalar suyun səthində qalıb.

Su çəkildikdən sonra isə almalar tək lay şəklində torpağa düzülüblər ", - bağların yaxınlığında yaşayan Tony İgan BBC Rus Xidmətinə bildirib.

Fotonun müəllifi Mairead Phelan
Image caption @mairead_phelan İnstagram istifadəçisi buna bənzər şəkil paylaşıb

Torpaqda əsasən sidr istehsalı üçün yetişdirilən almalar olub.

Əvvəllər sidr istehsalıyla məşğul olan şirkətlərdən birində işləyən fotoqraf deyir ki, şəkillərdə əks olunan ərazi böyük alma bağları ərazisinin yalnız kiçik bir hissəsidir.

"Sizin şəkildə gördüyünüz ərazi bütün ərazinin yalnız bir faizdən az hissəsidir. Belə ki, baş verənlər sidrin istehsalına mənfi təsir göstərməyəcək ", - deyə o, İrlandiya sidrnin həvəskarlarını sakitləşdirib.

Fotonun müəllifi Ann Fitzpatrick Florist, Clonmel, Co Tipperary
Image caption Fotoqraflar ərazinin yalnız kiçik bir hissəsinin ziyan çəkdiyini deyirlər

Bu regionda almanın bu növünün yığımı hələ indi başlayır.

"Məhsulun yaxın həftələrdə yığılacağı gözlənilir. Lakin ötən həftə görünməmiş hava şəraiti nəticəsində İrlandiya almalarının böyük hissəsi yerə tökülüb ", - deyə sidr istehslı şirkətinin nümayəndəsi təsdiqləyib.

Ötən həftə İrlandiyada baş verən "Ofeliya" qasırğası təqribən min evi işıqsız qoyub və çox sayda ağacları kökündən qoparıb.

İrlandiyanın cənub sahillərində küləyin sürəti saatda 176 km təşkil edib.

Bəzi məktəblər bir neçə günlüyünə bağlanmalı olub.

Bu barədə daha geniş