Zehni məşqlər: labirintdən çıxmaq şansınız necədir?

Bizim yeni tapmacamız bir çox Britaniya parklarında rast gəldiyimiz klassik labirintlə bağlıdır.

Uğurlar arzulayırıq!

Fotonun müəllifi Getty Images

Tapmaca 23

Siz labirintdən çıxmağa cəhd göstərən zaman daima qərar qəbul etməlisiniz. Hara dönmək lazımdır - sağa, yoxsa sola. Siz labirintə düşmüsünüz və belə 6 qərar qəbul etməlisiniz.

Sizin sonda çıxışa gedən doğru yolu seçmək ehtimalınız nə qədərdir?

Приспособление по тренировке мозга в виде вопроса

Cavab

Doğru yolu seçmək ehtimalı - 64 yola qarşı birdir.

Tapmacanın həlli:

Belə labirintdə ümumilikdə 64 potensial marşrut var:

2 x 2 x 2 x 2 x 2 x 2 = 64

Əgər siz hər dəfə təsadüfi olaraq hər iki variantdan birini - sağa və ya solu seçsəniz, o zaman sizin 64 yoldan bir şansınız olacaq və siz doğru yolla gedəcəksiniz.

Tapmaca Newcastle universitetinin doktoru Steve Hambl tərəfindən hazırlanıb. Daha ətraflı Today proqramı saytında.

Əlaqəli mövzular

Bu barədə daha geniş