Şəkillərdə: Queensland səmasında ildırımlı tamaşa

Night sky with lightning Fotonun müəllifi Alex Gregg

Avstraliyanın Queensland ştatında qasırğa özü ilə güclü yağış və şimşək gətirib, belə ki, gecə səmasında saatlarla ildırım tamaşası davam edib.

Şimşək fırtınası zamanı 176,000-dək ildırımçaxma halı qeydə alınıb.

Şimşək nəticəsində bir sıra evlərə ziyan dəyib, minlərlə evin elektrik enerjisi kəsilib.

Yerli həvəskarlar təbiətin səmada qurduğu işıq tamaşasını lentə alıb.

Fotonun müəllifi Steph Doyle

"Göydə saatlarla ildrım çaxıb, bu, adi şimşəkdən xeyli çox çəkib, - Brisbane fotoqrafı Steph Doyle BBC-ə deyib. - İldırım çaxması partlayışa bənzəyir, bu zaman bütün göy işıq saçır, sonra isə qəfil hər şey sakitləşir və yenidən növbəti ildırımçaxma baş verir".

Fotonun müəllifi Alex Gregg
Fotonun müəllifi Alex Gregg

Enerji təchizatçısı olan yerli Energexx şirkəti 4,000-dən artıq evin işıqsız qaldığını bildirib.

Fotonun müəllifi Mark Jessop

Brisbane şəhərində fırtına saatlarla davam edib.

Queensland ştatında fıtınalı, şimşəkli hava şəraitinin davam edəcəyi gözlənilir.

Əlaqəli mövzular

Bu barədə daha geniş