Amsterdam pivə arabalarını şikayətlərə görə qadağan edir

Amsterdam beer crawl bike Fotonun müəllifi Alamy

Amsterdam, şəhərin mərkəzində pivə arabalarının hərəkət etməsinə qadağa qoyub.

Buna, yerli sakinlərin həmin arabalarda şəhərin mərkəzi hissəsini gəzib-dolaşan səs-küylü turistlərdən şikayətləri əsas olub.

Çərşənbə axşamı günü çıxarılmış məhkəmə qərarına əsasən rəsmilərə həmin arabalırın şəhərin mərkəzi hissəsində istifadə olunmasına qadağa qoymaq icazəsi verilib.

Həmin arabada quraşdırılan oturacaqlar pedallı velosiped oturacağını təkrarlayır.

Arabadakı turist müştərilər pedalları işə salaraq arabanı hərəkət etdirir və bu minvalla mərkəzdə onaların nəzərinə açılan mənzərəni seyr edə bilər, həm də eyni zamnada pivələrindən də qalmırlar.

Bu növ istirahətdən, xüsusilə, Amsterdama gələn turist qrupları daha şox bəhrələnə bilir.

Tənqidçilər isə həmin arabaların kütləvi turizm üçün bir problemə çevrildiyini qeyd edir.

Amsterdam şəhər məhkəməsinin qərarı çərşənbə günündən qüvvəyə minir.

Şəhər meriyasianın rəsmisi bildirb ki, operatorlara həmin arabaları kirayələməyə bundan sonra icazə verilməyəcək.

Bundan əvvəl Amsterdam məhkəməsi bildirmişdi ki, "narahatlıq yaratmamaq üçün pivə arabasının Ipaytaxtın mərkəzi hissəsində hərəkəti qadağan oluna bilər".

Ötən il Amsterdam şəhərinin təxminən 6,000-dək sakini şəhər məclisinə kollektiv petisiya ünvanlayaraq həmin arabaların yasaqlanmasını tələb etmişdi.

Əlaqəli mövzular

Bu barədə daha geniş