Rafael Nadalı Paris Masters turnirində tanımayıblar

Spain's Rafael Nadal during a press conference in Paris, France. Fotonun müəllifi Reuters
Image caption Dünyanın bir nömrəli tennisçisi turniri yarımçıq tərk etməli olub

Dünyanın ən məşhur tennisçilərindən biri olan Rafael Nadal Paris Masters turnirinə daxil olarkən çətinliklə üzləşib.

Mühafizəçi əvvəlcə onu tanımayıb və onu içəri buraxmaqdan imtina edib.

"Salam, icazə kartınız yanınızdadır?" mühafizəçi dünyanın bir nömrəli tennisçisindən soruşub. Nadal belə cavab verib: "Yanımda deyil".

Mühafizəçi onun adını soruşarkən cavabında məşhur adı eşidib.

Bundan sonra ispaniyalı idmançı dərhal içəri buraxılıb.

Turnirdə zədə almış Nadal onu yarımçıq tərk etməli olub.

Paris Masters turnirinin bazar günü keçirilmiş finalında amerikalı Jack Sock, serbiyalı Krajinovic-i məğlub etməklə iturnirin qalibi olub.

Dünyanın ən yaxşı tennisçilərindən sayılan 31 yaşlı Nadal, 16 böyük dəbilqə, iki Olimpiya qızıl medalını qazanıb və dörd Davis Cup qalibi olub.

Əlaqəli mövzular

Bu barədə daha geniş