Zehni məşqlər: idman həvəskarları üçün tapmaca

Bəs siz bu günkü tapmacanı tapa bilərsiniz?

Bu da sizə ipucu: tapmaca idmanla əlaqəlidir.

Fotonun müəllifi Getty Images

Tapmaca 33

Bu birinci və ikinci dəfə baş verib.

Sonra bu səkkizinci dəfə, daha sonra onuncu və onbirinci dəfə baş verib.

Sonuncu dəfə isə 16-cı dəfə baş verib. 2018-ci ildə baş verəcək 21-ci dəfə isə çox çətin ki bu baş verə.

Bizim nədən danışdığımızı tapın!

Cavab

Burada söhbət, futbol üzrə dünya çempionatına ev sahibliyi edən ölkənin qalib gəlməsindən gedir.

Birinci dəfə - 1930-cu ildə Uurqvay, ikinci - 1934-cü ildə İtaliya, səkkizinci dəfə - 1966-cı ildə İngiltərə qələbə qazanıb.

Onuncu çempionatı 1974-cü ildə Almaniya, onbirinci dəfə 1978-ci ildə Argentina, onaltıncı dəfə isə 1998-ci ildə Fransa qazanıb.

2018-ci il Dünya çempionatı Rusiyada keçiriləcək.

Hələki, Rusiyanın qələbəsinə dair mərc nisbəti 33-ə qarşı 1-dir.

Bu barədə daha geniş