Hindistanda nazir tarlada işəyərkən videoya çəkilib

Ram Şinde Fotonun müəllifi Ram Shinde/Facebook

Hindistanda hökumətin insanları tualetdən istifadəyə çağırmasına baxmayraq, su məsələləri üzrə dövlət naziri Ram Şinde tarlada işəyərkən videoya çəkilib.

Şindenin videosu Dünya Tualet Günündə - noyabrın 19-da sosial mediada yayııb. O, "vəziyyətim çətin idi, tualet tapmadım" deyə açıqlama verib.

Nazir bir sulama layihəsilə bağlı Maharaştra əyalətinə baş çəkərkən işədiyi zaman kameralara yaxalanıb.

Şinde, "hədsiz istidə durmadan səyahət etmək və toz məni xəstələndirdi. Qızdırmam da qalxdı" deyib.

Fotonun müəllifi INDIA TODAY

Maharaştrada müxalifət Milliyyətçi Konqres Partiyası bu görüntülərin hökumətin tualetlər tikmək layihəsinin uğursuz olmasından xəbər verdiyini deyib.

Hindistan: "Hər evə bir tualet"

Əhalisinin sayı 1.3 milyard olan Hindistanda 700 milyon insan tualetini hələ də bayırda edir, Britaniyandakı WaterAid təşkilatı Dünya Tualet Günü yaydığı hesabatda bildirib.

Bu barədə daha geniş