Bu vəhşi, vəhşi, çox vəhşi London

Лиса Fotonun müəllifi Getty Images
Image caption Bu tülkü günün günorta çağı baş nazirin iqamətgahı qarşısından keçməyə qərar verib

Londonun küçələrində kimsədən çəkinmədən tülkülər qaçışır, səmasında tutuquşular və şahinlər uçuşur, arxa küçələrdə porsuqlar dolaşır, Temza çayında isə suitilər üzür. Böyük Britaniyanın paytaxtına xoş gəldiniz.

Nağıllardan və təmsillərdən məlum olduğu kimi, tülkü ağıllı və hiyləgər heyvandır.

Bəs ağıllı və hiyləgər heyvan ən yaxşı nəyi bacarır? Bəli, öz həyatını asanlaşdırmağı.

Adi vəhşi tülküyə nə lazımdır? Nəslini artıqmaq üçün rahat, sakit yer, asan əldə olunan qida və mümkün qədər yırtıcılardan uzaq olmaq. Bununla Britaniya tülkülərinin ağlına dahiyanə ideya gəlib. Qida tapmaq ümidiylə ovçuların gözünə görünməməklə tarlalarda və meşədə gəzmək nəyə lazımdır?

Bunun əvəzinə qidanın bol olduğu və ovçulara nadir hallarda rast gəlindiyi şəhərə gəlmək daha əlverişlidir.

Beləliklə, təqribən 400 min Britaniya tülküsünün yarısı artıq bir neçə nəsildir ki şəhərdə yaşayır. Onların çoxu Londondadır.

Mütəxəssislərin hesablamalarına görə, burada tülkü hər kvadrat kilometrə 18 və ya hər 300 nəfərdən birinə düşür.


Həmçinin oxuyun:


Лиса Fotonun müəllifi Getty Images
Image caption Təqribən 400 min Britaniya tülküsünün yarıdan çoxu artıq neçə illərdir ki, şəhərlərdə yaşayır.

Siz, "Yazıq tülkülər maşınların arasında və asfaltda necə yaşayırlar" deyə soruşmazdan əvvəl sizə xatırladım ki, London həddən artıq yaşıllığı olan şəhərdir.

Hətta o qədər yaşıldır ki, bəziləri onu qoruq elan etməyi təklif edir.

Özünüz baxın: şəhər ərazisinin 47%-i evlərdəki bağlar və parklardır, 60%-i isə "açıq məkan" hesab edilir. London 500 min kvadrat kilometrdən çox meydanı əhatə edir.

Burada 13 mindən artıq heyvan növü yaşayır. Ora 3 min park, 30 min bostan məntəqəsi, 3 milyon şəxsi bağ və iki qoruq sahəsi daxildir.

Şəhərdə 8 milyon ağac var - Londonu dünyanın ən böyük şəhər parkı adlandırmaq olar.

Başqa sözlə desək, London heyvanlar üçün mükəmməl yerdir.

Лиса Fotonun müəllifi Getty Images
Image caption Tülkülər hərdən kiminsə bağçasına girməyi sevirlər

Tülkülər çox yaxşı qonşudurlar. Onlar insanlara toxunmurlar, yalnız bəzən onlara təəccüblə baxaraq sanki siz mənim ərazimdə nə edirsiniz deyə soruşurlar.

Onlar əsasən zibil qutularına atılan yemək qalıqlarını yeyirlər, həmçinin siçan və siçovulun ovlanmasında fəaldırlar. Buna görə isə onlara böyük "sağ ol"demək lazımdır.

Rayonda yeganə problem yanvar-fevral aylarında, onlar nəsli davam etdirməyi düşünən zaman yaranır.

Tülkülərin cütləşməsi ürək sızladan tülkü qışqırıqlarıyla müşayiət olunur və bu da şəhər sakinlərinin soyuq tər içində oyanmasına səbəb olur.

Əgər siz London tülkülərinin şəhər ətraflnda gizləndiyini düşünürsünüzsə, bu belə deyil. Onları şəhərin mərkəzində də görmək olar.

Hətta onlardan biri bir qədər əvvəl günün günorta çağı BBC-nin binasındakı kafeyə girmişdi və onu ordan qovlamaq istəyənlərə çox təəccüblə baxmışdı.

Demək olar ki gəmidir

Londonda təkcə tülkülər yaşamır. Burada hər cütlüklü məxluq var. Bəzən cüt olmayanlar da olur.

Məsələn Londonda 10-50 min arası Himalaylardan gələn vəhşi tutuquşular yaşayır.

Onların dəqiq sayı və bura necə gəlib çıxmaları da məlum deyil. Çox güman ki, onlar öz sürüsünü yaratmağa və yeni şəhər ərazisinə sahiblənməyə nail olan sahibindən qaçan tutuquşulardır.

İlk vəhşi tutuquşular Londonda XIX əsrdə fərq edilib, lakin onların nəsli yalnız 1980-ci illərin əvvəllərində kəskin şəkildə artıb.

Попугаи Fotonun müəllifi Getty Images
Image caption Britaniyanın vəhşi tutuquşularının 90%-i Londonda yaşayır

İlk əvvəl onlara Londonun cənubunda rast gəlinsə də, nəticədə onlar bütün şəhərdə yayılmağa başladılar.

Bu açıq yaşıl rəngli tutuquşu sürüsü inanılmaz səs-küylə bağdan-bağa, parkdan-parka uçaraq yolda giləmeyvələri, toxumları və insanların quş evciklərində qoyduğu qidaları yeyirlər.

Onlar artıq şəhərdən kənara da "getməyə" başlayıblar. Bir qədər əvvəl bu hind tutuquşular sürüsü Kent qraflığındakı üzüm sahələrinə uçmuşdular və onlar bir gün ərzində 1 ton üzüm yemişdilər.

Попугаи Fotonun müəllifi Getty Images
Image caption London tutuquşuları gecələməyə qayıdırlar

Digər quşlar

London bütün tarixi boyu heç vaxt hesab etməyib ki, onun coğrafi vəziyyəti necəsə ambisiyalarını məhdudlaşdırmalıdır.

O cümlədən, vəhşi təbiət məsələlərində də bu belədir. Təkcə Himalay tutuquşuları və hər növ göyərçinlər Britaniya paytaxtı üçün kifayət deyil.

Ona görə də, Londonda yırtıcı quşlara - kərkəz, şahin və hətta bayquşa da rast gəlmək olar.

Сапсан Fotonun müəllifi Getty Images
Image caption Şahinlər üçün Londonda genişlik - yuva qurmaq üçün çoxlu hündür binalar, özünü və balalarını yemləmək üçün çoxlu sayda göyərçinlər deməkdir

Artıq neçə ildir ki, (amma hər il deyil) cüt şahinlər Tate Modern qalerayasının qülləsində özlərinə yuva salırlar.

Hər dəfə ornitoloqlar binanın qarşısına teleskop yerləşdirirlər və arzu edənlər lələkli valideynlər tərəfindən ovlanan göyərçinləri balalarına yedizdirən quşları seyr edirlər.

Londonun lələkli canlılarına Rusiya da öz töhfəsini verib. Uzaq keçmişdə, 1664-cü ildə Rusiya səfiri yerli rəhbərliyə bir neçə qutan hədiyyə edib.

Onlar şəhərin düz mərkəzində, St James parkında kök salıblar.

Пеликаны Fotonun müəllifi Getty Images
Image caption Çar dövrünün canlı mirası Londonda yaxşı məskunlaşıb

Parkın ortasında kiçik bir göl var və artıq neçə əsrdir ki, azadlıqda yaşayan London qutanları buradan uzağa getmirlər. Düzdür, onlardan biri bir dəfə yerli pinqvinlərin və flamingoların yemləndiyi balığı ovlamağa cəhd etmək üçün London zooparkına uçmaq qərarına gəlmişdi.

Пеликан Fotonun müəllifi Google
Image caption 2010-cu ildə St James parkının qutanlarından biri göyərçini tutaraq udub

Amma Holland Park-da tovuzquşular sərbəst yaşayır.

Павлин
Image caption Tovuzquşu - gözəl quşdur, lakin eybəcər səslər çıxarır

Parkın qonşuluğunda yaşayan insanlar xəbərdarlıq ediblər ki, bu quşlar hərdən öz ərazilərini öyrənmək üçün qonşu küçələrə gedirlər. Onların xüsusilə cütləşmə zamanı getdikləri söylənilib.

Zibillik

Əgər siz sadəcə baxmaq üçün xoş olan və hətta bəzi hallarda yeyilən quşların dinozavrların beyinsiz nəsli olduğunu düşünürsünüzə, səhv edirsiniz.

Bəzi lələkli quşlar hiyləgər ağılları ilə fərqlənirlər.

Məsələn, Londonun şərqində böyük şəhər zibilliyi yerləşir. Bura bütün şəhərdən tullantılar (təkrar emala getməyən) gətirilir.

Чайки Fotonun müəllifi Getty Images
Image caption Qağayılar üçün zibillik - qurudakı cənnət kimidir

Zibilliyi burada asanlıqla qida əldə edərək sağ qalmağı anlayan qağayılar aşkar ediblər.

Bir neçə il əvvəl alimlər bu qağayıların əslində hardan gəldiyini müəyyən etmək qərarına gəldilər. Və belə məlum oldu ki, onların müəyyən faizi qışda Finlandiyadan gəlir.

Helsinki-dən olan qağayıların qışda Londona köç etməyin Aralıq dənizinə köç etməkdən daha tez və asan olduğunu necə tapmaları hələ də sirr olaraq qalır.

Yalnız bir şey məlumdur - qağayılar beynəlxalq səviyyədə şayiələr yaymağı bacarırlar.

Gecə həyatı

Барсук Fotonun müəllifi PA
Image caption Porsuqları demək olar ki, kimsə görmür, çünki onlar gecə canlısı və utancaqdırlar

Londonda 2-3 min porsuq yaşayır və inkişaf edir.

Düzdür, onları çox nadir hallarda görmək olar. Gecə həyatına üstünlük verən bu utancaq canlıları bağlardakı və parklardakı dəliklərindən çıxıb, soxulcan, həşərat və digər bu cür canlıları ovlamağa başlayan zaman görmək mümkündür.

Bəzi ibtidai məktəblərdə uşaqlara qonşuluqda yaşayan porsuqlardan danişılır. Onların yeganə kiçik problemi, onların özləri və nəsli üçün hər yerdə dəlik qaza bilməmələridir.

Buna uyğun olaraq, uşaqlara xüsusi qutu düzəltməyi və qutuda kiçik giriş yeri qoymağı, onu yarpaqlarla və budaqlarla necə bəzəməyi öyrədirlər ki, birdən evin bağında porsuq peyda olsa yaşamağa yeri olsun.

Digər məktəblərdə isə uşaqlara Londonda kifayət qədər olan kirpilər üçün sığınacaq yeri düzəltməyi öyrədirlər.

Кью Fotonun müəllifi Getty Images
Image caption Krallığın Kew botanika bağında gecə həyatı yaşayan porsuqların məhz necə yaşadığını uşaqların şəxsən səciyyələndirməsi üçün porsuq dəliyinin maketi quraşdırılıb

London tüküləri porsuqlar və kirpilərlə dost deyillər. Porsuqlar cüssəli və güclü, kirpilər isə sadəcə tikanlı olduqları üçün tülkülər onlardan çəkinirlər.

Deyilənlərə görə, porsuqlar fıstığı çox sevirlər. Əgər siz yaxınlıqda porsuq dəliyini görsəniz oraya fıstıq qoyun və baxın ki bu fıstıqları kim yeyəcək.

Ekzotik biletsiz sərnişinlər

Məlum olduğu kimi London Temza çayı üzərində salınıb. Şəhərin şərq hissəsində nisbətən yaxın keçmişə qədər Temza çayının sahilində limanlar və qayalıqlar var idi.

O zamanlar London dünya ticarətinin mərkəzi hesab olunurdu. Gəmilər limana yaxınlaşanda dənizçilərdən, yükdən və sərnişinlərdən başqa sahilə kim gəlir?

Təbii ki biletsiz sərnişinlər, XIX əsrin ortalarında Temzanın cənub sahilinə hansısa gəmidən bu cür sərnişinlər düşdü. Bunlar ele-belə "sərnişinlər" deyil - Euscorpius flavicaudis (Aralıq dənizi əqrəbləri) idi.

Скорпион
Image caption Bu əqrəblər insanları sancmırlar

Onlar kifayət qədər kiçik (uzunluğu 3-4 santimetr), qara rəngli, sarı ayaqlı və sarı zəhərli quyruqlu əqrəblərdir.

Guya onların zəhəri insanlar üçün təhülkəli deyil. Onlar gecə ovuna çıxdıqları həşaratları yeyirlər. Gündüz onlar divarlardakı kərpiclər arasındakı boşluqlrda yatırlar, Londonun şərqində isə kərpic divarların və evlərin çatışmazlığı hiss olunmur.

Bəs London küçələrində nə qədər sərbəst əqrəb qaçır? Mütəxəssislər deyirlər ki, onların sayı 13 mindir.

Düzdür, ən böyük koloniya şəhərdən kənarda, Temzanın başlanğıcında yerləşən Shirness adlı yerdəki kərpic divarlarda məskunlaşıb.

Bəzən Londonun əqrəb əhalisi onların iki digər növü ilə də artır. Mənim qonşum bazardan banan aldıqdan bir neçə saat sonra vanna otağında böyük və qəzəbli bir əqrəb aşkar etmişdi.

Lakin belə hadisələr çox tez-tez baş vermir.

Temza

Məlum olduğu kimi, Temza şəhərə yaxın olan Şimal dənizinə axır. Qabarma və çəkilmələr zamanı dəniz canlıları çaya üzüb keçir.

Məsələn, suitilər.

Тюлень
Image caption Buyurun - şəhər suitiləri

Çayın kənarında sənaye çox az qaldığına və ümumiyyətlə çaya indi tullantılar az atıldığına görə onun suyu tutqun olsa da əsasən təmizdir.

Nəticədə balıqlar çaya geri qaydıblar. Bəs özünə hörmət edən suitinə nə lazımdır?

Bəli-bəli, balıq. Mən öz gözlərimlə, şəhərin mərkəzində, Temzada, Waterloo körpüsü yaxınlığında kifayət qədər cüssəli suitinin suyun altında fəal şəkildə birini ovlamaq istədiyini görmüşəm.

Bir il əvvəl Temzada suitilərinin "qeydiyyatı" aparılıb və həmin gün onların sayı 150-dən artıq olub.

Bəzi mütəxəssislər ehtimal edirlər ki, Temzanın dərinliklərində 700-ə yaxın suiti yaşayır (və ya qonaq gəlir).

Daha kimlər var?

Həmin Temzada dəniz atları da yaşayır.

Морской конек
Image caption Dəniz atları uzağa səfər etməyi xoşlamırlar, ona görə də alimlər hesab edirlər ki, onların Temzada daimi əhalisi aşkar edilib

Bu günə qədər Temzada dəniz atlarını cəmi ildə bir dəfə aşkar ediblər.

Lakin 2017-ci ildə şəhərin şərqindəki Greenwich-dən düz mərkəzə qədər onlarla dəniz atı aşkar edilmişdi.

London Zoologiya Cəmiyyətinin alimləri indi belə hesab edirlər ki, onlar burada daima yaşayırlar.

Bundan başqa Londonda marallar yaşayır və artırlar.

Maralla

Олени Fotonun müəllifi Getty Images
Image caption Richmond Park-da marallar sərbəst gəzirlər

Londonda yaşayan maralların böyük əksəriyyətini Richmond Park-da tapmaq olar.

Lakin onlar digər yerlərdə də məskunlaşıblar, cünki yavaş-yavaş qonşu qraflıqdan şəhərə doğru hərəkət edirlər.

Onlar adətən Barnet, Bromley, Croydon, Havering, Hillington və Waltham Forest kimi rayonlarda mütəmadi görünürlər.

Çay tısbağaları

Черепашка Fotonun müəllifi Canal & River Trust
Image caption Londona gətirilən çay tısbağaları istədikləri kimi çoxala bilirlər

Ötən əsrin 80-ci illərində "Tısbağa-nindzalar" televiorlarda daima göstərilirdi və təbii ki, uşaqlar valideynlərindən onlara bu cür, amma əsl tısbağa almaqlarını istəyirdilər.

Minlərlə valideyn bununla razılaşdı. Lakin bir müddət sonra məlum oldu ki, birincisi bu tısabağalar böyük boşqab həcmində böyüyür.

İkincisi isə, onlar 40 il və daha çox yaşayırlar. Nəticələr özünü çox gözlətmədi.

Saçlarını yolan valideynlər tısbağaları sakitcə çaya, kanallara və gölməçələrə sərbəst buraxdılar. Tısbağaların buralar xoşuna gəldi və onlar daima orada yaşamağa başladılar.

Su ilanları

Эскулапов полоз Fotonun müəllifi Science Photo Library
Image caption Su ilanları Ridgent kanalının dərinlikərində məskunlaşıblar

Londonun şimalındakı Regent Kanalı sahillərində, Aralıq dənizi mənşəli eskulap dırmanantəlxəsləri (su ilanları) məskunlaşıb.

Onlar nisbətən yaxın vaxtlarda orada peyda olublar və heç kim onların bura necə düşdüyünü bilmir.

Ehtimallar var ki, kimsə onları qəsdən ora buraxıb. Ancaq onlar artıq mühitə uyğunlaşıblar və hətta çoxalmağa başlayıblar.

Su ilanları iki metrə qədər uzunluqda ola bilir. Kanalda onların dəqiq sayını bilən yoxdur. Təxminən 30 və daha çox olması ehtimalları var.

Lakin həyəcanlanmaq lazım deyil.

Birincisi ona görə ki, onlar insanlardan qorxurlar.

Onlar insanlara məxsus pişiklərə, itlərə toxunmurlar. Su ilanları insanlardan gizlənirlər və mütəxəssislər deyirlər ki, siz onların 1 metrliyindən belə keçsəniz çox güman ki, onları fərq etməzsiniz.

Bundan başqa onların sevimli qidası siçovullardır və bu sürünənlər qonşular üçün faydalıdırlar.

Və sairə

Əlbəttə ki, hər yerdə, hər parkda və ondan kənarlarda çoxlu sayda dələlər, ördəklər, qazlar, yabanı ördəklər, Qu quşları, Nil qazları və digər canlılar inkişaf edirlər.

Bəzən şəhərə norkalar və hətta vallabilər (kenquruya bənzər bu canlı artıq bir əsrdir ki, Londona qonşu qraflıqlarda məskunlaşıblar) gəlirlər.

Britaniya paytaxtının vəhşi təbiət siyahısı artır.

Londonun daha çox yayılmış məməlisi homo sapiens-i xatırlatmağı da unutmayaq.

London Fotonun müəllifi Getty Images
Image caption donun mərkəzində saatın pik vaxtı

Əlaqəli mövzular

Bu barədə daha geniş