Alimlər: it sahiblərinin ürəkləri daha sağlam olur

Golden Retriever Fotonun müəllifi Getty Images
Image caption İsveçdə bütün it sahibləri mütləq qeydiyyatdan keçməlidir. Bu məlumatlar alimlərin apardığı tədqiqatın əsasını təşkil edib

İt sahibləri ürək-damar xəstəliklərinə daha az meyilli olurlar. 3,4 milyon isveçlinin iştirak etdiyi tədqiqatın nəticələri belədir.

Tədqiqatçılar 40-80 yaş arası sakinlərin tibbi qeydiyyatı və it sahiblərinin məlumatları arasında müqayisəli təhlil aparıblar.

Məlum olub ki, it sahibləri arasında ürək-damar xəstəliklərindən əziyyət çəkənləri sayı daha azdır. Bu, xüsusilə, teriyer, retriver, tazılar və digər ov cinsləri sahiblərinə aiddir.

İsveçdə həkimin hər qəbulu xüsusi ümumilli qeydiyyata daxil edilir. Bundan başqa 2001-ci ildən başlayaraq bütün it sahibləri də mütləq qeydiyyatdan keçməlidirlər.

Bu vəziyyət İsveç alimlərinə Scientific Reports jurnalında dərc edilən tədqiqatı keçirməyə imkan verib. Tədqiqat 2001-2012-ci illərin məlumatlarını əhatə edib.

Alimlərin versiyasına görə, itlərin sayəsində sahibləri daha çox ünsiyyət qurur və daha fəal həyat tərzi keçirirlər.

Bundan başqa, onlarda mikrobiomar - yəni insan bədənindəki, xüsusilə bağırsaqdakı bütün mikro hüceyrələrin ümumi miqdarı dəyişir.

Alimlərin fikrincə, itlər mikrobiomaya təsir göstərə bilərlər. Çünki onlar evə yeni mikroblar gətirir ki, insanlar başqa vəziyyətdə bu mikrobla qarşılaşa bilməzlər.

Fotonun müəllifi Getty Images
Image caption Alimlərin fikrincə, itlər insanları yeni mikrobiomalardan qorumağa kömək edir və imunitetiu gücləndirir

Tədqiqatın nəticələri göstərib ki, itlər ən yaxşı tənha yaşayanları "qoruya bilirlər".

"Nəticələr göstərir ki, tənha it sahiblərinin iti olmayan tənha adamlarla müqayisədə ölüm riski 33%-dən aşağı, ürək-damar xəstəliyi riski isə 11%-dir", - deyə tədqiqat qrupunun başçısı Uppsala universitetinin nümayəndəsi Mven Mubanga bildirib.

Bundan əvvəlki araşdırmalar göstərib ki, tənha insanların ürək-damar xəstəliklərinə daha çox məruz qalmaq təhlükəsi var.

"Mümkündür ki, tənha insanlar üçün it ailə üzvünü əvəz edir ", -deyə professor Mubanga davam edir.

Buna baxmayaraq, baş tədqiqatçı Tow Phal qeyd edib ki, araşdırma zamanı alimlər birmənalı cvavab tapa bilmədikləri sualla qarşılsaşıblar.

"Bu cür epidemoloji tədqiqatlar qanunauyğunluqlar barədə təsvir yaradır, amma məhz itlərin ürək sağlamlığına necə təsir göstərməsi və ya ümumiyyətlə təsir göstərə biləcəyi barədə izahat vermir ", - Phal deyir.

"İt sahibləri ilə iti olmayanlar arasında fiziki vəziyyət fərqinin başlanğıcda mövcud olması tamamilə mümkündür. Yəqin ki, it saxlamaq ideyası daha aktiv və daha sağlam həyat tərzi keçirən insanlarda daha çox yaranır. Bu halda bu bizim nəticələrə güclü təsir göstərir ", - deyə o davam edir.

Fotonun müəllifi Nick Triggle/Amber Evans
Image caption İtlər daha aktiv həyat tərzi keçirməyə köməklik edir, bu da ürək xəstəlikləri riskini azaldır

"İtin olması ölüm hallarının və ürək problemlərinin azalmasıyla əlaqəlidir. Əvvəlki tədqiqatlar buna bənzər nəticələr nümayiş etdirib, lakin bu qədər inandırıcı olmayıb. Buna səbəb isə tədqiqat iştirkasçılarının məhdud sayda olması olub ", - deyə Britaniya Ürək Xəstəlikləri ilə Mübarizə Fondunun (British Heart Foundation) həkimi Mike Knapton bildirib.

"İt sahiblərinin daha çox üstünlükləri var, ürək xəstəlikləri riskinin aşağı olmasını da bu üstünlüklərdən biri kimi qəbul etmək olar. Bununla yanaşı, əksər it sahibləri razılaşarlar ki, itə sahib olmağın əsas səbəbi sevincdir. Sizin itinizin olum-olmaması əhəmiyyətli deyil, aktiv həyat tərzi səhhətinizlə bağlı problemlərdən yayınmağın ən düzgün yoludur".

Əlaqəli mövzular

Bu barədə daha geniş