At üzərində yarıçılpaq: Amerika cizgi filmlərində Putin obrazı

Serial Fotonun müəllifi Fox Broadcasting Company
Image caption Putinin "Griffinlər" qəhrəmanı ilə münasibətini "hər şey çətindir" ifadəsiylə təsvir etmək olar

Rusiya prezidenti Vladimir Putin növbəti dəfə "Qriffinlər" satirik cizgi serialının epizodunda nəzərə çarpıb.

Rusiya liderini canlandıran qəhrəman 16-cı mövsümün ("Piti IV" seriyası), personajlarından biridir.

Burada Qriffinlər ailəsinin başçısı Piter siyasətçiyə ünvanlanan məktubunda yazır ki, istənilən amerikalı istənilən rusu asanlıqla döyə bilər.

Bundan sonra Putini canlandıran obraz ABŞ-a uçur və "Rusiya prezidentinin" mühafizəçiləri tərəfindən əlləri tutulan Piteri döyür.

Nəticədə yarıçılpaq kişilər atlarda gəzirlər, yenə dalaşırlar və sonra boks rinqində rəqs edirlər.

Sonda məlum olur ki, "Rusiya prezidenti" Piterin çayını radioaktiv maddələrlə zəhərləyib.

Bu, açıq-aşkar Rusiya Federal Təhlükəsizlik Xidmətinin keçmiş zabiti Aleksandr Litvinenkonun Londonda poloniumla ölümcül zəhərlənməsinə bir eyhamdır.

"Putin" ABŞ-da olan zaman ona "prezident" Donald Trump tərəfindən məlumat gəlir.

Məlumatda "Putin"ə qadınlara qarşı cinsi təcavüzdə iştirak etmək təklif olunur.

BBC-nin Rus xidməti "Putinin" hakimiyyətdə olduğu illər ərzində Amerika silsilə filmlərində onun obrazını yada salıb.

"Qriffinlər"

8 mövsümün 3-cü bölümü. "Bizi xatırladan casuslar" (2009).

Fotonun müəllifi Fox Broadcasting Company
Image caption Özünün prototipindən fərqli olaraq cizgi filmindəki Putin siqaret çəkir

Piter və Lois Griffin-lərin istedadlı oğlu Stewie və labrador retriver iti Brain aktyor Chevy Chase və Den Aykroyd ilə tanış olurlar.

Hər iki kino ulduzu "soyuq müharibə" illərində ABŞ-da fəaliyyət göstərən SSRİ-dən olan "yatmış casusları" axtaran amerikalı casus çıxır.

Sovet kəşfiyyatçılarından birini - Adam West-i təqib edən dördlük Rusiyaya gəlib çıxır və burada o zaman "Rusiyanın hökumət sədri" olan Vladimir Putinlə tanış olurlar.

Amerikalılar ABŞ-a nüvə zərbəsi endirmək istəyən West-i dayandırmağa çalışan siyasətçi ilə ittifaq yaradırlar.

Hər şey yaxşı bitir: nüvə müharibəsindən yayınmaq mümkün olur.

"Putin" "Qriffinlər" də xüsusən qəddar təsvir edilib.

Məsələn, bir kadrda o, siqaretini Kalaşnikov avtomatı ilə yandırır (real həyatda siyasətçi siqaret çəkmir).

"Cənub parkı"

9-cu mövsümün 13-cü bölümü "Wilziak-ı azad edin" (2005).

Fotonun müəllifi Comedy Central
Image caption "2x2" telekanalı serial Rusiyada nümayiş etdirilən zaman Putinin iştirakı ilə olan səhnələri kadrdan çıxarıb

Rusiya iqtisadiyyatı yaxşı vəziyyətdə deyil və Kreml "Vladimir Putinin" rəhbərliyi altında büdcəni doldurmaq üçün istənilən yolları axtarır.

Bu zaman "Putinə " "Cənub parkının" personajı Kyle zəng vurur və ondan yerli delfinaridəki orka balinasını Aya çatdırılmasını xahiş edir.

Kosmosa üçüş üçün Rusiya hökuməti 20 milyon dollar tələb edir, Kyle-in isə bu qədər pulu yoxdur.

Bu zaman o, "Putinə" deyir ki, balina Aya, ailəsinin yanına qayıtmalıdır.

Rusiya lideri belə qərara gəlir ki, onu ABŞ-ın o zamankı prezidenti oğul George Bush ələ salır.

Nəticədə "Putin" lənətləyərək dəstəyi asır.

Rusiyada amerikalı stereotipləri məsxərəyə qoyan serial müəllifləri Rusiya perzidentini və onun hökumətini Kremlə və Ağ Evə deyil Vasili Blajennı kilsəsinə yerləşdirir.

Adı çəkilməyən amma epizodlarda yer alan nazir-personajlar arasında tamaşaçılar keçmiş baş nazir Mixail Fradkovu, sabiq iqtisadi inkişaf və ticarət naziri German Grefi və hazırda vitse-prezident olan Dmitriy Rogozin tanımışdılar.

2009-cu ildə Rusiya teleməkanında nümayiş zamanı "2x2" kanalı Putinlə bağlı fraqmentləri bölümdən yığışdırmışdı.

Rusiya KİV-lərinin yazdığına görə, kanal Rusiya tənzimçilərinin sanksiyalarından çəkinmişdi.

"Simpsonlar"

28-ci mövsümün xüsusi buraxılışı "Homer səs verir"(2016).

Fotonun müəllifi Fox Broadcasting Company
Image caption Trump "Simpsonlar"da seçkiləri 102% nəticə ilə qazanır

2016-cı ildə keçirilən prezident seçkilərində naməlum şəxs seçki məntəqəsində Homer Simpson-u qəhrəmanın başlanğıcda olduğu kimi Clinton-a deyil, Trump-a səs verməyə razı salmağa cəhd göstərir.

Xüsusilə, kişi Trump-ın Rusiyanı "yenidən böyük" (namizədin seçki qabağı "Amerikanı yenidən böyük edəciyik" şüarına işarədir) olmasına kömək edəcəyini deyir.

Homer namizədə səs verməkdən imtina edir və naməlum şəxsə hücum edir və onun, Rusiya preszidenti olduğu ortaya çıxır.

Pərdənin sonunda "Putin" üst geyimsiz atı sürür və deyir ki, Moskvanın müdaxiləsi sayəsində "Donald Trump" 102% səslə qalib gəldi.

Epizod Kremlin dağıdılması və yerində kazinonun tikilməsiylə başa çatır.

Silsilənin bu bölümü ötən il, oktyabrın ortalarında, Trump-ın qalib gəldiyi prezident seçkilərinə təqribən 3 həftə qalmış işıq üzü görüb.

Hazırda ABŞ-da Rusiyanın prezident seçkilərinə müdaxilə etmək iddiaları ilə bağlı istintaq aparılır.

"Kartlar evi"

3-cü və 4-cü mövsümdən 7 bölüm(2015-2016).

Fotonun müəllifi Netflix
Image caption Putinin "Kartlar evi"ndən olan Rusiya prezidenti Petrovla (solda) tərcümeyi-halı qismən üst-üstə düşür.

Baxmayaraq ki, Putin Amerikanın qaranlıq siyasətindən bəhs edən "Kartlar evi" serialında bilavasitə baş rolda deyil, burada tamaşaçılara Kremlin hazırkı sahibini xatırladan bir personaj var - Rusiya prezidenti Viktor Petrov.

Qəhrəmanın tərcümeyi halı bir çox hallarda qəddarlığın əlavə edildiyi Putinin tərcümeyi halını xatırladır.

Petrov Əfqanıstan müharibəsində iştirak edib və burada mücahidi tüfəngin süngüsü ilə öldürüb (Putinin tərcümeyi-halında belə bir şey yoxdur).

Orduda xidmət etdikdən sonra Petrov da Putin kimi karyerasını SSRİ dövlət təhlükəsizliyi komitəsində qurub.

Sovet İttifaqı dağıldıqdan sonra "Kartlar evi"nın personaj siyasətə keçir.

Petrov üçün serialda əsas fiqurlardan biri onun Rusiya rəhbərliyində olduğu müddətdə üçüncü ABŞ prezidenti Frank Anderwood-dur.

Üçüncü mövsümdə Petrov Anderwood-la danışıqlar aparmaq üçün Washington-a uçur.

Görüş zamanı isə o, hansısa güzəştlərə getməkdən imtina edir.

Ağ evdə görüş zamanı onunla yanaşı Rusiyanın Pussy Riot qrupu da Anderwood-un qonağıdır (onun iştirakçılarının rolunu qrupun real fəalları Nadejda Tolokonnikova və Mariya Alexina oynayıb).

Pussy Riot Rusiya prezidentini ölkənin yarısını oliqarxlara satmaqda ittiham edir.

ABŞ-a səfəri zamanı Petrov Anderwood-un xanımı Claire-i qarşı ədəbsiz davranır.

Fotonun müəllifi Getty Images
Image caption Həyat sənəti təqlid edir: iki prezidentin baş tutan görüşü qismən serialdakı bənzər görüşü xatırladıb

Bir qədər sonra Rusiyada LGBT-nin amerikalı fəal üzvü Michael Corrigan həbs olunur, Frank və Claire Anderwood onun azad edilməsinə nail olmaq üçün Moskvaya yollanırlar.

Səfər zamanı, xüsusilə, məlum olur ki, Petrov əslində rəsmən homoseksualları tənqid etsə də, əslində qeylərə qarşı qanunları barbarlıq hesab edir.

Amma əhalinin dəstəyini saxlamaq məqsədilə bunu gizlətməyə məcburdur.

Putinlə Petrov arasında nəzərə çarpacaq fərq xarici görünüşləridir: "Rusiya prezidentini" canlandıran aktyor Lars Mikkelsen Putindən təqribən 20 santmetr hündürdür.

Putinlə Trump-ın 2017-ci ilin yayında baş tutan görüşü zamanı fotoqraf iki lideri elə bir anda şəkib ki, kadr "Kartlar evi"ndəki bənzər səhnəni xatırladır.

Bu kadrda amerikalı lider rusiyalı həmkarına əlini uzadır, həmkarı isə uzaqlara baxaraq sanki onun bu xoş jestini görməməzlikdən gəlir.

Bu barədə daha geniş