Zehni məşqlər: səma rəngi və fırtına

Siz bugünkü tapmacanı tapa bilərsiniz?

Tapmaca çobanın havanı səmanın rənginə görə necə proqnozlaşdırdığı haqdadır.

Uğurlar!

Fotonun müəllifi Getty Images

Tapmaca 35

İngilis atalar sözü: "Axşam qırmızı səma - çobanın sevinci... səhər qırmızı səma - günahdan uzaq."

Bizim çoban səmanın səhərki rənginə əsasən havanı proqnozlaşdırır. Əgər səma səhər qırmızıdırsa çoban fırtınanı gözləyir, əgər səma mavidirsə onda sakit hava olacaq.

Ehtimal edək ki, fırtına iki gündə bir dəfə müşahidə olunur. Qırmızı səma səhər hər dörd gündən bir görünür və həqiqətən də həmişə fırtına baş verir.

Bizim çoban hava proqnozunu nə qədər tez-tez düzgün deyə bilər?

Question mark

Cavab

Bütün mümkün ssenariləri nəzərdən keçirək:

  • Qırmızı səma və fırtına - 4 gündən bir
  • Mavi səma və fırtına - 4 gündən bir
  • Mavi səma və fırtına yoxdur - hər 4 gündən ikisində

Bu isə o deməkdir ki, çoban 4 gündən birində səhv edəcək (səma mavi və fırtınalı olanda) və 4 gündən üçündə doğru deyəcək(qalan iki ssenari). Beləliklə, o, 75% doğru deyəcək.

Bu tapmaca Kral Statisitka Cəmiyyətinin vitse-prezidenti və Oxford universitetinin statistika məsləhəti şöbəsinin direktoru Jennifer Rodgers tərəfindən hazırlanıb.

Daha ətraflı Today proqramı saytında.

Əlaqəli mövzular

Bu barədə daha geniş