Müxtəlif spirtli içkilərin əhval-ruhiyyəmizə fərqli təsiri

Fingers with happy and sad faces drawn on them Fotonun müəllifi Getty Images

Alkoqollu içkilərin müxtəlif növləri bizim əhval-ruhiyyəmizə tamamilə fərqli təsir göstərir, alimlər müəyyən edib.

Belə ki, sərt içkilər aqressiya, göz yaşları və seksual cəzb hisslərini oyada bilər. Pivə ilə qırmızı şərab isə insanı rahatlaşdırır.

BMJ Open elmi dərgisində dərc olunmuş müvafiq araşdırma 18-34 yaşlarında 21 ölkəni təmsil edən 30 min respondentin sorğusuna əsaslanır.

Pivə, şərab və sərt spirtli içki içənlər onların müxtəlif təsirə malik olduğunu etiraf ediblər.

Az həcmdə alkoqol vaxtı xoş keçirməyə kömək edə bilər. Lakin alimlər diqqəti spirtli içkilərə aludəçiliyin təhlükəsinə yönəltmək istəyirlər.

Vaxt keçdikcə içkiyə alışan insanlar onun doğurduğu pozitiv emosiyaları təkrar yaşamaq üçün içkinin həcmlərini tədricən artırmağa meyl göstərə bilər.

Fotonun müəllifi Getty Images
Image caption Alimlər hesab edir ki, bərk içkilər aqressiyaya səbəb ola bilər.

Araşdırmanın nəticələrini şərh edən Uels səhiyyə xidmətinin nümayəndəsi hesab edir ki, tədqiqat əhval-ruhiyyənin dəyişməsini qeyd edir.

Marc Bellis-in sözlərinə görə, alkoqolun hansı şəraitdə içilməsinin də əhəmiyyəti var.

"Gənc adamlar adətən öz evlərindəki qonaqlıq və ziyafətdə şəraba üstünlük verir, sərt içkilər isə evdən kənarda içilir".

Fotonun müəllifi Getty Images
Image caption Şərabla pivə əsasən rahatlıq və yuxululuğa səbəb olur

Səhiyyə rəsmisinin sözlərinə görə, alkoqollu içkilərin müxtəlif növləri fərqli şəkildə reklam olunur və insanların seçimi də buna əsaslanır. Hərçənd ki, insanlar gözlədiyi təsirdən fərqlənən nəticə ala bilər.

"İnsanlar bəzən içkini özünə əminliyi artırmaq və daha rahat hiss etmək üçün içir. Amma içki onların gözlədiyindən fərqli təsir də verə bilər".

Tədqiqat insanların müəyyən spirtli içkiyə niyə üstünlük verdiyini və həmin içkidən hansı təsirin gözlənildiyini izah edir, Drinkaware təşkilatından John Larsen bildirir.

Londondakı King's College Universitetinin alimlərinə əsasən alkoqola aludə olanlar arasında içkinin müsbət emosional təsiri ilə bağlı gözləntilər daha çox yayılıb.

Əlaqəli mövzular

Bu barədə daha geniş