Zehni məşqlər: gəlinin neçə yaşı var?

Bizim bugünkü tapmacamız nikaha həsr olunub.

Siz tapmacanı tapa bilərsiniz?

Uğurlar!

Fotonun müəllifi Getty Images

Tapmaca 38

Cənab və xanım Smith 18 il əvvəl evləniblər. O vaxt cənab Smith xanımından 3 dəfə böyük idi. Lakin indi o, xanımından cəmi 2 dəfə böyükdür. Xanım Smith evlənən zaman neçə yaşı olub?

Question mark

Cavab:

Toy günü xanım Smith-in 18 yaşı olub.

Ər əvvəlcə 3 yaş böyük idi, lakin 18 il nikahdan sonra o, xanımından iki dəfə böyükdür. Bu axı xanım Smith-in ərə getdiyi yaşdır.

(xanımın üç yaşı - xanımın iki yaşı = xanımın yaşı)

Beləliklə, cütlük evlənən zaman xanımın 18 yaşı olub, ərin isə 54. İndi xanımın 36, ərin isə 72 yaşı var.

Əgər siz cəbri sevirsinizsə, aşağıdakı kimi hesablamaq olar.

Əgər xanım Smith-in toy günü olan yaşını X kimi qəbul etsək, onda mister Smith-in yaşı 3X olacaq.

Beləliklə, ərin hazırkı yaşı - 3X+18.

Belə halda, xanımın hazırkı yaşı - X+18.

Əgər bu gün cənab Smith-in xanımından iki dəfə böyük olduğu məlumdursa, o zaman onun yaşı bərabərdir 2(Х + 18) = 2Х + 36.

Müvafiq olaraq, biz onun yaşını iki üsulla hesablaya bilərik:

3Х + 18 = 2Х + 36

Х = 18

Əlaqəli mövzular

Bu barədə daha geniş