Niyə bəzi geylər qorunmadan sekslə məşğul olurlar?

A gay bar in Israel with a shirtless man leaning against the wall Fotonun müəllifi Uriel Sinai/Getty
Image caption Digər kişilərlə sekslə məşğul olan kişilərə mütəmadi yoxlamadan keçmək məsləhət görülür

"İlk seks əyləncəsinə gedəndə qoruyucudan istifadə üçün təkid etdim," otuz yaşlarında olan və Londonda yaşayan gey Selim deyir.

Əslən Türkiyədən olan və on ildən çoxdur ki, Birləşmiş Krallıqda (BK) yaşayan Selimin əsl adı fərqlidir və BBC-ə müsahibə verməyə razılaşıb.

"Mən tanışlıq proqramlarındakı insanlarla görüşürdüm və bir gün onlardan biri məni qonaqlığa apardı. Orada ondan çox oğlan, narkotik vasitələr və seks var idi. Çox bəyənmişdim."

Selim hər zaman özünü qorumağa çalışıb. Lakin növbəti dəfə qonaqlıqda kristal metafetaminin (yüksək dərəcədə asılılıq yaradan psixotrop maddə) təsiri altında bir gecədə üç kişi ilə qoruyucusuz cinsi əlaqədə olur.

Fövqəladə tədbir

"Heç kim kondomdan istifadə etmirdi," o deyir.

Fotonun müəllifi Science Photo Library
Image caption 2016-cı ildə dünyada İİV-dən 1 milyon insan ölüb (Mənbə: WHO)

"Mən də onlara qoşuldum. Amma beynimin dərinliyindən bir səs mənə deyirdi ki, Pep-dən keçməliyəm."

Pep, ekspozisiya sonrası profilaktika (ingiliscə: Post-exposure prophylaxis) ifadəsinin qısaldılmış formasıdır. Bu, insanda immunçatışmazlığı virusu (İİV) əleyhinə görülən fövqəladə tədbirdir.

Selim növbəti gün gey kişilər üçün olan xəstəxanaya gedir və onlara baş verənləri danışır. O, İİV statusunu bilmədiyi kişilərlə anal seks yaşamışdı.

Xəstəxana ona Pep təyin edir. 28 gün ərzində iki güclü həbi qəbul etməli olur.

Səhiyyə qurumları Pep-in hər zaman 100% effektiv olmayacağını deyirlər və Pep-dən yalnız son çıxış yolu kimi istifadə edirlər.

Qoruyucular cırıla bilər

Müalicə üçün ən mühüm olan şey isə onun cinsi əlaqədən dərhal sonra, 72 saat içində başlanmasıdır. Bu, BK-da fövqəladə tədbir kimi istənilən şəxsə pulsuz təqdim olunur.

Fotonun müəllifi DANIEL LUNA/Getty
Image caption 1980-ci illərdə İİV gey icmalarına çox pis təsir göstərmişdi

Selim deyir ki, Pep müalicəsinin ilk günləri güclü ürəkbulanma ilə müşayiət olunub, amma heç bir ciddi əks təsir yaşanmayıb. O, müalicədən sonra, testlərdən keçir və İİV neqativ çıxır.

Heç kim infeksiyanın bədəndə yayılmamasına səbəb kimi Pep-in adını əminliklə çəkə bilmir, amma Selimə görə, fövqəladə tədbirin olması belə insana rahatlıq verir.

"Türkiyədə Pep-dən keçən gey tanımıram," o deyir.

Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil
Azərbaycanlı transgenderin saxlanması: "anladım ki, qışqırmağın...xeyri yoxdur"

"Təsəvvür edin qoruyucu yırtılır. Bir qəza olur. Kişi və qadın, fərq etməz. Nə edə bilərsən?"

İllər ərzində İİV müalicəsi böyük inkişaf yolu qət edib, amma dərmanlar və məlumatın əlçatan olması ölkələr üzrə fərqlənir.

İnfeksiya göstəriciləri aşağı düşüb

Hal-hazırda İİV-ə yoluxmuş hər kəs, xüsusi nəzarət altında ömürlük antiretrovirus dərmanları qəbul edərək sağlam və məhsuldar həyat sürə bilər.

Fotonun müəllifi Brent Stirton/Getty
Image caption 2016-cı ildən bəri Afrikada 25.6 milyon insanın İİV ilə yaşadığı bildirilir

Lakin Dünya Səhiyyə Təşkilatına (DST) əsasən, virus daşıyan yetkin yaşlı insanların 54 və uşaqların cəmi 43%-i ömürlük antiretrovirus müalicəsi alırlar.

Vəziyyət Afrikadakı Böyük Səhranın cənublarında daha acınacaqlıdır. Bura dünyanın İİV/QİÇS episentridir.

DST hesablamalarına əsasən, dünyada İİV daşıyıcılarının üçdə ikisi bu ərazilərdə yaşayır.

Bununla belə İİV-in dünya üzrə ümumi göstəricisi aşağı düşüb. 2000 və 2016-cı illər arasında infeksiyaya yeni yoluxanların sayı 39% aşağı düşüb və İİV əsaslı ölüm sayı üçdə birə qədər azalıb.

Eniş yüksək riskli qrup sayılan London gey cəmiyyətində də açıq-aydın nəzərə çarpır.

Pep-dən Prep-ə

Londonun ən iri beş seksual sağlamlıq xəstəxanalarına görə, 2014 və 2015-ci illərdə əldə olunan məlumatlar göstərir ki, bir ildə kişilərlə cinsi əlaqədə olan kişilər üçün İİV diaqnozu 32% aşağı düşüb.

Fotonun müəllifi Justin Sullivan/Getty
Image caption Prep hüceyrələri qoruyur

Burada əsas rol oynayan amillərdən biri nisbətən yeni olan narkotiklərin qarşısının alınması proqramı Prep-dir. Açılışı ekspozisiya qabağı profilaktika (ingiliscə: Pre-exposure prophylaxis).

Bunu Pep ilə qarışdırmamaq lazımdır.

Pep səhərlər qəbul olunan və analogiyanın yoxlanması ilə davam edən dərmana, Prep daha çox gündəlik kontraseptiv həblərin qəbuluna bənzəyir.

Selim hazırda Prep müalicəsi alır.

O deyir ki, aldığı digər Pep müalicəsindən sonra, klinikadakı İİV mütəxəssisləri ilə söhbət edib. Selim əmindir ki, təhlükəsiz seks üçün özünün gördüyü tədbirlər kifayət etməyə bilər.

"Qorxusuz azadlıq"

O, artıq Prep-ə keçib və mütəmadi olaraq İİV testləri etdirir. Cavab neqativdir. Klinika onun zorakılıq problemlərinə qarşı tədbirli olması üçün məsləhət xidməti verən bir şirkətə yönləndirib.

Fotonun müəllifi Matt Cain
Image caption Matt Cain deyir ki, Prep-in istifadəsilə bağlı ayri-seçkiliyə yol vermək olmaz

Prep gündəlik yaxud seksdən əvvəl və ya sonra müəyyən vaxt ərzində qəbul edilə bilən dərmandır.

Bu üsulların hər ikisi, yüksək risk qrupuna aid və qoruyucu olmadan sekslə məşğul olan insanlar üçün effektivdir.

Müalicəyə başlamadan göstərici İİV neqativ olmalıdır və böyrəklərin funksiyasının yoxlanması üçün daimi qan analizləri verilməlidir.

Britaniyanın gey jurnalı Attitude-ın baş redaktoru Matt Cain, yazdan bəri müalicə alır və onun daha geniş kütlələrə təqdim olunmasının tərəfdarıdır.

"Mən 80-ci və 90-cı illərdə böyümüşəm. Bu, İİV və QİÇS qorxusunun gey kişilərin ömrünə hakim kəsildiyi bir dövr idi," o, BBC-ə deyib.

"Gey sekslərin nəticələri bir çoxumuz üçün qorxu və peşmançılıq gətirirdi."

Onlayn dərmanlar

O düşünür ki, Prep gey kişilərin seks həyatından qorxunu silib atacaq.

"Mən keçmişdə səhv etmişəm. Pep-dən istifadə etməyə məcbur qalmışam. Amma indi olduğum cinsi əlaqələrə görə heç bir qorxu keçirtmirəm."

Fotonun müəllifi China Photos/Getty Images
Image caption Mütəxəsisslər İİV-in yayılması ilə mübarizədə kondomların ucuz və mötəbər üsul olduğunu hesab edirlər.

Lakin Prep belə, risk faktorunu sıfıra endirmir. Tədqiqatlar onun effektivliyini ən yüksək 86% kimi göstərib. Bu isə bir çoxları üçün kifayət deyil.

"Amma tədqiqatlarda iştirak edən könüllülərin bəziləri ya müalicəyə düzgün riayət etməyib, ya da İİV pozitiv olduqlarını düşünüblər," Matt Cain deyir.

"Daha böyük araşdırmalar aparılır və onların nəticələrini gözləməyə dəyər."

O, dərmanlarını Banqkokda yerləşən qanuni bir klinikadan internet üzərindən 65 dollara sifariş edir. Bir sifariş ona bir ay bəs edir. Həbin patentləşdirilmiş forması isə 10 dəfə daha bahadır.

BK-da artıq Şotlandiya Prep-i milli səhiyyə xidmətinin tərkibinə daxil edib. Fransa, Avstraliya və Kanada kimi ölkələr də Prep-in əldə edilməsini daha münasib şəkildə təmin edirlər.

Kim ödəyir?

Bu məqalənin hazırlanması əsnasında Braziliya, ölkədəki yüksək riskli ərazilərdə Prep-in istifadəsinə başlayacağını elan etmişdi. Onlar bunu dekabrın 1-i Dünya QİÇS günündə edəcəkdilər.

Fotonun müəllifi Getty Images
Image caption Ingiltərədə Prep sınaqdan keçirir.

Prep haqqında ilk məlumat 2010-cu ilin noyabrında ABŞ-ın New England Tibb Jurnalında dərc olunmuşdu. Bu üç illik tibbi sınaqlardan sonra elan edilmişdi.

"ABŞ-a gedəndə Grindr-a (geylərin tanışlıq proqramı) qoşuldum," Matt Cain deyir.

"Oradakı oğlanların əksəriyyəti üçün İİV Prep-də neqativ çıxmışdı. Hazırda bur bir çoxları üçün mühüm sayılır."

2010-cu il araşdırmasından sonra, Prep ABŞ-da daha geniş şəkildə tətbiq olunmağa başlanıb. Belə ki, özəl sığorta şirkətlərinin əksəriyyəti onun dəyərini ödəyir.

Lakin səhiyyənin dövlət tərəfindən maliyyələşdirildiyi ölkələrdə Prep-in təsiri fərqli olub.

Kiminsə qoruyucudan istifadə etməməsinin haqqı, niyə büdcədən ödənməlidir deyə tənqidçilər sual edirlər.

Prep-dən yararlandığıma görə fəxr edirəm

Matt Cain düşünür ki, bu düşüncə kəskin ayrı-seçkilik yaradır.

"Mənin vergilərimin bir hissəsi süni mayalanma istəyən və ya abort edən cütlüklərin müalicəsi, kontraseptiv həblər və sairəyə gedir. Gey olmayan insanların ehtiyacları təmin olunur. Bəs geylərinki niyə olmasın?"

Fotonun müəllifi YASUYOSHI CHIBA/Getty Images
Image caption Braziliya, ölkədəki yüksək riskli ərazilərdə Prep-in istifadəsinə başlayacağını elan etmişdi.

O, dünya üzrə Prep-in daha geniş istifadəsi üçün pul ayırması fikrinin də tərəfdarıdır. İİV-li insanın ömürlük müalicəsi önləyici həblərdən daha baha başa gəlir.

Lakin bəzi səhiyyə mütəxəssisləri narahatdırlar ki, gey kişilər həblərə arxayınlaşaraq qoruyuculardan istifadə etməyərək cinsi yolla yoluxan infeksiyaların daha geniş yayılmasına səbəb ola bilərlər.

Attitude-un redaktoru buna da fərqli şəkildə yanaşır.

"Mən kondomsuz sekslə məşğul olan çoxlu gey olmayan insan tanıyıram," o deyir.

"Heç kim buna eyni sərt reaksiya vermir."

"Gey kişilər qoruyucusuz sekslə məşğul olduqda isə, mənəvi qınağa məruz qalırlar. Əgər səni kiçik infeksiyadan qorumayacaqsa, İİV-in qarşısını almaq və ya müalicə etmək lazım deyil demək gülüncdür."

Matt Cain üçün Prep gey kişilərin azadlığı və bərabərliyi üçün əsas faktorlardan biridir.

"Bu yaxşı şeydir, elə deyilmi?" o deyir.

"Kim qorxu içində yaşamaq istəyər ki?"

Əlaqəli mövzular

Bu barədə daha geniş