Uşaqların kompüter və internetdən istifadəsinə dair ekspertdən 5 məsləhət

İnternet Fotonun müəllifi Getty Images/ Paula Bronstein

BBC Azərbaycancanın bu həftə canlı yayımı uşaqların kompüter və İnternetdən istifadəsinə həsr edilib.

Qonağımız informasiya texnologiyaları mütəxəssisi Cahid İsmayıloğlu valideynləri bu sahədə daha çox maariflənməyə çağırıb və nəzarət tətbiq etməyi məsləhət görüb.

Onun çıxışından 5 məsləhəti təqdim edirik:

1. "Mənim uşağım hələ körpə yaşından kompüteri söküb-yığır", bir çox valideynlərin fəxr etdiyi bu fikir, əslində yanlış düşüncədir. Kompüter və İnternetdən çox istifadə uşaqların psixologiyasına, fiziki inkişafına təsir edir. Qonağımız uşaqların gec dil acmasını da bununla əlaqləndirir.

2. Uşaqlar ağlayanda və ya yemək istəməyəndə onun diqqətini yayındırmaq üçün ona ağıllı telefon verməməli və ya əyləncəli videolar izləməyə qoymamalısınız. Çünki zaman keçdikdə uşaqların texnologiya bacarıqları sürətlə inkişaf edir və uşaqlar əksər hallarda valideynlərini aldada bilir.

3. Uşaqlar texniki vasitələrdən maksimum uzaq tutulmalı, məktəb dərsləri üçün kompüterdən istifadə valideyn nəzarəti altında edilməlidir. Məsələn, valideynlər uşaqların Google kimi axtarış saytlarında axtardıqları açar sözləri də nəzarət altında saxlamalıdırlar.

4. Uşaqlar qumar oyunları, şiddət, pornoqrafiya, dini ekstremist, qrup oyunları və sosial şəbəkələrdən uzaq tutulmalı, hər sosial şəbəkənin yaş məhdudiyyətinə əməl edilməlidir.

Zərərli saytları bloklamaq üçün "Firewall" (təhlükəsizlik çəpəri) kimi qoruyucu mexanizm təqdim edən proqramlardan istifadə edə bilərsiniz.

Bundan başqa, uşaqlarınız Facebook və YouTube kimi sosial platformalardan istifadə etmədən öncə onların yaş həddinə uyğun qeydiyyatdan keçin. Və ya YouTube-da uşaqlarınızın yaşına uyğun seçilmiş videolar siyahısı yarada bilərsiniz.

5. Telefona parol qoymaq mümkündür, amma çıxış yolu deyil. Evdə internetə çıxışınızı təmin edən provayderlər dünya təcrübəsinə uyğun olaraq uşaq və yeniyetmə paketləri təklif etməlidirlər. İnternet provayderinizdən bu barədə soruşun.

Əlaqəli mövzular

Bu barədə daha geniş