BBC Azərbaycanca Bakıda işə dəvət edir: Müxbir vəzifəsinə

BBC

BBC Azərbaycanca xidməti Bakıda 6 aylıq müqavilə ilə Müxbir vəzifəsinə işə dəvət edir.

BBC Azərbaycanca xidmətinin Bakı ofisində Müxbir kimi işləmək istəyirsinizsə, 3 yanvar 2018-ci ilədək müraciət etməlisiniz.

Uğurlu namizədlər jurnalistikada yüksək təcrübəsi, canlı və təcili xəbərlərin hazırlanmasında səriştəsi olan şəxslər olacaqlar.

Namizədlər həmçinin kompüterdə yazılı test verəcəklər.

Namizədlər eyni zamanda azərbaycan və ingilis dillərində səlis bilməlidirlər.

Daha ətraflı məlumat və işə ərizə vermək üçün aşağıdakı keçidə daxil olun:

Bakı müxbiri