Sudan: Şalvar geyindikləri üçün saxlanılan qadınlara qarşı ittihamlar ləğv olunub

Sudanese women in Khartoum Fotonun müəllifi Getty Images
Image caption Əxlaq polisi qadınların geyimini təhrikedici hesab edərsə, onlar həbs oluna bilər.

Sudan paytaxtında keçirilən fərdi ziyafət vaxtı şalvarda olduqları üçün saxlanılmış 24 qadına qarşı irəli sürülmüş ittihamlar ləğv olunub.

Əxlaq polisi Xartum yaxınlığındakı ziyafətə çərşənbə günü reyd edib.

İttihamlar qüvvədə qalsaydı, onları 40 şallaq və "ədəbsiz geyimlə"ə görə pul cəriməsi gözləyirdi.

Hüquq müdafiəçilərinə əsasən hər il on minlərlə qadın əxlaq qaydalarının pozulmasına görə həbs olunur. Onlar müvafiq qanunvericiliyin tətbiqində özbaşınalığa yol verildiyini də qeyd edirlər.

Fəallar hesab edir ki, müsəlman ölkəsində şalvar və yaxud da dar ətək xristianlara qarşı ayrı-seçkilik yaradır.

Ənənəvi olaraq Sudan qadınları uzun və geniş paltar geyinir.

Niderlanddakı Radio Dabangaya danışan fəal Əmirə Osman hesab edir ki, ictimai asayişlə bağlı maddənin tətbiqi qadın hüquqlarına ziddir.

"Ziyafət Əl-Məmura (Xartumun cənubunda) məhəlləsində qapalı zalda keçirilib, - Əmirə Osman deyir, - Qızlar hakimiyyətdən icazə aldıqlarına rəğmən şalvar geydikləri üçün həbs olunublar".

Sudanın cinayət məcəlləsinin 152-ci maddəsi "ədəbsiz davranış", "ədəbsiz geyim" və yaxud da "ictimaiyyətin hissiyyatına" toxunan hərəkətlərə görə cəza nəzərdə tutur.

Əlaqəli mövzular

Bu barədə daha geniş