Dünyanın "ən bahalı arağı" tapılıb

Russo-Baltique vodka Fotonun müəllifi Dartz Motor Company
Image caption Russo-Baltique şirkəti tərəfindən istehsal olunan arağın qiyməti 1,3 mln. dollardır

Dünyada ən bahalı olduğu deyilən arağın boş şüşəsi Danimarkadakı inşaat sahəsində aşkar olunub.

Kopenhagen barlarının birinə məxsus içkilər kolleksiyasında sərgilənən araq çərşənbə axşamı günü naməlum şəxs tərəfindən oğurlanmışdır.

Barda quraşdırılmış müşahidə kameralarının çəkdiyi videoda içəriyə daxil olan şəxsin arağı götürüb çıxdığını görmək olar.

Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil
İçkilər rəfində sərgilənən arağın oğurlanması anları

Russo-Baltique şirkəti tərəfindən istehsal olunan arağın qiyməti 1,3 mln. dollardır (2.2 AZN).

Arağın şüşəsi qızıl və gümüşdən hazırlanıb, onun qapağı brilyantlarla bəzədilib.

"Arağa nə olduğunu bilmirəm, lakin şüşə boş idi", - Kopenhagen polisinin sözçüsü Riad Tooba AFP agentliyinə deyib.

Araq şüşəsinin sınmamış halda olduğu bildirilir.

Əlaqəli mövzular

Bu barədə daha geniş