Şahzadə Charlotte ilk dəfə baxçaya gedib

Принцесса Шарлотта Fotonun müəllifi PA
Image caption Şəkil 1- Şahzadə Charlotte Kensington sarayının pilləkənlərində

Cambridge hersoqu ve hersoqinyasının qızı şahzadə Charlotte ilk dəfə baxçaya gedib.

Baxçaya getməzdən əvvəl Kensington sarayında pilləkənlərində anası Kate iki yaşlı qızının şəkillərini çəkib.

Londonun Kensington rayonu ərazisində yerləşən Wilcox uşaq baxçası hersoq və hersoqinyanın rəsmi iqamətgahının yaxınlığındadır.

Wilcox-da uşaqlar üçün təhsil haqqı, günün ilk yarısını orda keçirənlər üçün semestr ərzində 3 min funt sterlinq (6.690.000 AZN) təşkil edir.

Günün ikinci yarısını da orda keçirən uşaqların valideynlərinə isə bu, 1800 funt sterlinqə başa gəlir.

Charlotte baxçada tam gün keçirəcək.

Gənc şahzadənin böyük qardaşı George Norfolk-dakı Westacre Montessori baxçasına gedib.

Ötən ilin sentyabrından isə o, birinci sinif şagirdidir.

Fotonun müəllifi PA
Image caption Hersoqinya Kate qızını baxçaya yollamazdan əvvəl onun şəkillərini çəkib

William və Catherine ilk övladları üçün Londonun cənub-qərbində yerləşən nüfuzlu Thomas Battersea özəl məktəbini seçiblər.

Bu məktəbdə ibtidai siniflər üçün təhsill haqqı bir ilə 18 min funt sterlinqdir.

Kate hamiləliklə bağlı narahatlıqlara görə, oğlunun ilk dərs gününü buraxmalı olub.

Ötən ilin sentyabr ayında Kensington iqamətgahında hersoqinyanın üçüncü dəfə hamilə olduğu elan edilmişdi.

Cambridge hersoqinyası foto çəkməklə maraqlanır və qızı doğulduqdan sonra onun ilk rəsmi şəkillərini özü çəkməyə qərar verib.

Fotonun müəllifi PA
Image caption Şahzadə George - 2015-ci ildə bacısı doğulduqdan bir az sonra

Bu barədə daha geniş