Şəkillərdə: "Mən su gətirməyə getdiyimdən, məktəb dərsini buraxıram"

The foothills of the Gurue mountains

Şəklin mənbəyi, WaterAid/ Mario Macilau

2007-də anasının mobol telefonunu Nikon kamerasına dəyişəndə Mario Macilau-nun 23 yaşı var idi. O, 14 yaşından Mozambik paytaxtı Maputoda gündəlik həyatı kamerasına çəkir.

Çəkdiyi şəkillərdə əks olunmuş personajlar müxtəlifdir - Maputoda boş binaları zəbt edən küçə uşaqlarından tutmuş ölkənin sement zavodunun fəhlələrinədək.

Hazırda isə fotoqrafı maraqlandıran su mövzusudur.

Bu şəkillər 2017-ci ilin sonunda, WaterAid təşkilatı ilə əməkdaşlıq çərçivəsində cəkilib.

WaterAid təşkilatı yanvar ayının sonuna qədər Afrikanın bəzi bölgələrində təmiz su təminatı ilə bağlı kampaniya aparır.

Təşkilat yaxın 3 il ərzində Mozambikin Cuamba bölgəsində yaşayan əhalinin həyatında təmiz su təchizatı və tualetlərin qurulması nəticəsində baş verəcək dəyişikləri qeydə alacaq.

Şəklin mənbəyi, WaterAid/ Mario Macilau

Şəklin mənbəyi, WaterAid/ Mario Macilau

Şəklin mənbəyi, WaterAid/ Mario Macilau

Josefina (yuxarıdakı şəkildə) və Eudicia-nın, hərəsinin 12 yaşı var.

Onlar su dalınca həftədə 4 dəfə gedirlər, bu səbəbdən də məktəb dərslərini buraxmalı olurlar.

Onlar suyu Rio Naranja-dan götürür - Muassi çayının yaxınlığından keçən kiçik çaydan.

Rio Naranja Muassi kəndi sakinlərinin əsas su mənbəyidir.

Çaydakı su durğundur, qızların yığdığı su süd rəngindədir, Macilau deyir.

WaterAid təşkilatının bildirdiyinə görə, Yer üzündə hər doqquz uşaqdan biri evinə yaxın olan təmiz su mənbəyindən məhrumdur, hər üç uşaqdan birinin isə normal tualetdən istifadə etmək imkanı yoxdur.

Hər gün 5 yaşınadək olan 800 uşaq çirkli su və antisanitariya şəraitində qazanılan ishal mənşəli xəstəliklər ucbatından həyatını itirir.

Şəklin mənbəyi, WaterAid/ Mario Macilau

Şəklin mənbəyi, WaterAid/ Mario Macilau

Şəklin mənbəyi, WaterAid/ Mario Macilau

Yağışlar mövsümündə Lurio çayı yararsız hala gəlir, çünki yağış ətrafdakı çirki və zibili yuyub çaya axıdır.

M'mele kəndində palçıq kərpicdən tikilmiş ev leysan yağış və daşqın nəticəsində 3 il bundan əvvəl dağılıb.

Şəklin mənbəyi, WaterAid/ Mario Macilau

Şəklin mənbəyi, WaterAid/ Mario Macilau

Şəklin alt yazısı,

Yaşlı fermerin bu şəkli gölməçənin bulanıq suyu fonunda çəkilib

Şəklin mənbəyi, WaterAid/ Mario Macilau

Şəklin alt yazısı,

Angelina və onun qızı Irene

Şəklin mənbəyi, WaterAid/ Mario Macilau

Şəklin alt yazısı,

Qarğıdalı unu kisələrini çatdıran Elisa Piassone və Zaida M'mele və Kimar kəndləri arasındakı yolda addımladıqları zaman çəkilmiş foto.

Bütün fotolara müəlliflik hüququ WaterAid və Mario Macilau-ya məxsusdur.