5 fotoda: Türkiyə Afrin və Mənbic kürdlərini hədəfə alıb, Mənsimov məhkəməyə müraciət edəcək və...

Keçdiyimiz həftə baş vermiş mühüm hadisələr 5 fotonun diliylə.

Fotonun müəllifi Reuters

1. Türkiyə bildirib ki, Suriya ilə sərhəd xəttinin qarşı tərəfində yerləşən kürd qüvvələrinə qarşı geniş hücuma keçməyə hazırdır. Türkiyə ABŞ tərəfindən dəstəklənən və Suriyanın şimal-şərq hissəsinin əksər ərazisinə nəzarət edən kürd silahlılarını terrorçu qrup sayır.

Bu hərəkət Türkiyəni NATO müttəfiqi ABŞ ilə birbaşa münaqişə halına sala bilər.

Türkiyə Afrin və Mənbic kürdlərini niyə hədəfə alıb? 5 suala cavabda

Fotonun müəllifi AFP
Image caption Foto-Arxiv

2. Azərbaycan və Ermənistan xarici işlər nazirləri Polşada Dağlıq Qarabağ münaqişəsinin həlli yollarını müzakirə ediblər.

Elmar Məmmədyarov Edvard Nalbandyanla Krakov şəhərində keçirilən görüşün 6 saata yaxın davam etdiyini bildirib. Tərəflər təmas xətti boyunca gərginliyi azaltmağa razılaşıblar.

Azərbaycan-Ermənistan nazirləri arasında görüş "pozitiv keçib"

Fotonun müəllifi Palmali.com

3. "Palmali" Şirkətlər Qrupu ona məxsus olan "Çingiz Mustafayev" adlı gəminin 4-6 yanvar tarixlərində Petkim limanına buraxılmamasına görə məhkəməyə müraciət edəcək, qrupun rəhbəri deyir.

BBC Azərbaycancaya müsahibəsində "Palmali" Şirkətlər Qrupunun rəhbəri Mübariz Mənsimov iddia edib ki, Milli qəhrəman Çingiz Mustafayevin adını daşıyan gəmi kimyəvi maddələrin daşınması üçün yanvarın 4-də Petkim limanına yan alıb, amma Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "işçiləri gəminin limana buraxılmasına icazə verməyiblər".

Mübariz Mənsimov: Palmali "məhkəməyə müraciət edəcək"

Image caption Foto-Arxiv

4. Beynəlxalq Freedom House təşkilatı 2018-ci il üçün dünya ölkələrində azadlığın vəziyyəti haqqında məlumat dərc edib. Bu siyahıda Azərbaycan "azad olmayan" dövlətlər sırasında göstərilib.

Ölkədə mətbuat azadlığı da "azad olmayan" kimi qiymətləndirlib. Qafqaz bölgəsində, ancaq Gürcüstan və Ermənistan "qismən azad" ölkələr sırasına aid edilib.

Freedom House: "Azərbaycan azad olmayan ölkədir"

Fotonun müəllifi Reuters

5. Trabzon aeroportunda yerə enən təyyarə uçuş-eniş zolağından kənara çıxaraq dənizə aparan yamaca düşüb.

Təyyarənin dənizə doğru hərəkəti yalnız suya təxminən 25 metr qalmış kəsilib. Təyyarədə olan 168 nəfərin hamısı (162 sərnişin və 6 heyət üzvü) xilas olunub.

Türkiyə: Trabzon aeroportunda təyyarə zolaqdan çıxaraq dənizə aparan yamaca düşüb