Qanada aybaşıya görə məktəbi buraxan qızlar: Onlar çay ilahəsini qəzəbləndirməkdən qorxur
Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil

Qanada aybaşıya görə məktəbi buraxan qızlar: Onlar çay ilahəsini qəzəbləndirməkdən qorxur

Afrikanın bəzi bölgələrində kök salmış inanclara görə qadınlar menstruasiya vaxtı qeyri-təmiz sayılır və çayı qarşı tərəfə keçə bilməz. Bəzi yerlərdə buna görə məktəbə gedərkən çayı keçməli olan qızlar dərsləri buraxmalı olur.

Afrikanın bəzi bölgələrində kök salmış inanclara görə qadınlar menstruasiya vaxtı qeyri-təmiz sayılır.

Qanada bu, yerli ənənə ilə bağlıdır. Hesab olunur ki, çay ilahəsi aybaşı vaxtı çayın qarşı tərəfinə keçməyə icazə vermir.

Bəzi yerlərdə bu qadağaya görə məktəbə gedərkən çayı keçməli olan qızlar dərsləri buraxmalı olur.

BMT rəqəmlərinə görə bölgədə yaşayan qızların 10 faizi menstruasiyaya görə dərslərə getmir.