5 fotoda: Əliyev Davosda, Bayılda sürüşmə, Dəvələrin gözəllik müsabiqəsi...

Keçdiyimiz həftə baş vermiş mühüm hadisələr 5 fotonun diliylə.

Fotonun müəllifi Getty/ ERIC PIERMONT

1. Bu həftə Davosda Dünya İqtisadi Forumuna qatılan İlham Əliyev Azərbaycanda işsizliklə yoxsulluğun aradan qaldırılması və media azadlığı barədə sualları cavablandırıb.

"Strateji baxış: Avrasiya" adlı tədbirdə iştirak edən prezident Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinin uğurla davam etdiriləcəyini, ölkədə işsizlik və yoxsulluq səviyyəsinin hökumət tərəfindən endirildiyini və media azadlığının tamamilə təmin olunduğunu deyib.

İlham Əliyev Davosda Azərbaycanda işsizlik, yoxsulluq və media azadlığı barədə danışıb

2. Bakının Bayıl yamacında, ötən noyabrdan bəri başlayan sürüşmə davam etdiyindən ərazidə yaşayan sakinlərin bəziləri müvəqqəti sığınacaqlara köçürülüb.

BBC Azərbaycancaya danışan sakinlər deyir ki, onlar bu köçürmələrdən narahatdırlar, bilmirlər ki, nə vaxt evlə təmin ediləcəklər, ümumiyyətlə, onlara ev veriləcəkmi.

Bayıl sürüşməsi: Sakinlər Qobuya köçürülmək istəmirlər, ya evlərinə qayıtmağı, ya da kompensasiya ödənilməsini tələb edirlər

Fotonun müəllifi Yuri Smityuk/Tass
Image caption Gəmi Cənubi Koreyadan Saxalinin Xolmsk limanına yollanırdı.

3. Rusiyanın Nevelsk şəhərində içərisində iki azərbaycanlının da olduğu "Vostok" gəmisi dənizə səhər saatlarında çıxıb və bundan sonra hava şəraiti pisləşib. Dənizdə dalğanın hündürlüyü 6 metrə qədər artıb.

Bunu BBC Azərbaycancaya Saxalin vilayətinin Nevelsk şəhərindəki Azərbaycan icmasının Ağsaqqallar Şurasının sədri Camalxan Kərimov deyib.

Vostok gəmisində itən azərbaycanlılar 46 yaşlı Mübariz Hüseynov və 27 yaşlı Ruslan Əlizadədir

Fotonun müəllifi Obyektiv

4. Qazax rayon məhkəməsi AXCP sədr müavini Gözəl Bayramlını qaçaqmalçılıqda təqsirli bilərək onu 3 il müddətinə azadlıqdan məhrum edib.

Gözəl Bayramlı ona qarşı ittihamı rədd edir, onun vəkili isə ona qarşı ittihamın siyasi motivli olduğunu iddia edir.

AXCP sədr müavini Gözəl Bayramlı 3 il həbs cəzası alıb

Fotonun müəllifi Reuters

5. Səudiyyə Ərəbistanında 12 dəvə gözəllik müsabiqəsindən kənarlaşdırılıb. Səbəb isə onların sahiblərinin onları botoksla gözəlləşdirmək hiyləsi olub.

Minlərlə dəvənin iştirak etdiyi Kral Əbdüləziz Dəvə Festivalında heyvanlar dodaqları və hürgüclərinə görə yarışırlar.

Səudiyyə Ərəbistanı: dodaqları, yanaqları və burunları botokslu dəvələr müsabiqədən uzaqlaşdırılıb