5 fotoda: Əliyev prezidentliyə namizəd olacaq, Super Ay, 5 nəslin "matriaarxı" ölüb...

Keçdiyimiz həftə baş vermiş mühüm hadisələr 5 fotonun diliylə.

Fotonun müəllifi AzerTAG

1. Yeni Azərbaycan Partiyası növbəti dəfə prezident İlham Əliyevin prezidentliyə namizədliyini irəli sürəcəyini bildirib.

Azərbaycanda prezident seçkiləri 2018-ci il oktyabrın 17-də keçiriləcək. İlham Əliyev 2003-cü, 2008-ci, 2013-cü ildə Azərbaycan prezidenti seçilib.

"YAP-ın prezidentliyə namizədi İlham Əliyevdir"

2. Müğənnilərin, ifa etdikləri mahnılarda Azərbaycan dilinin qaydalarına əməl edib-etmədikləri araşdırılacaq.

Bu barədə BBC Azərbaycancaya Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun monitorinq şöbəsinin müdiri Sevinc Əliyeva deyib. Bu barədə Bakı sakinlərinin fikirlərini aşağıdakı keçiddə izləyin.

Bakı sakinləri: "Onların ləhcəsidir, qınamaq da olmaz"

Fotonun müəllifi AFP

3. Yerli Kuba mətbuatının yaydığı xəbərə görə, keçmiş Kuba lideri Fidel Kastronun oğlu 68 yaşlı oğlu Havanada intihar edib.

Depressiyadan əziyyət çəkdiyi deyilən Fidel Ángel Castro Díaz-Balart cümə axşamı səhər saatlarında ölü tapılıb.

Fidel Kastronun oğlu intihar edib

4. Müxtəlif ölkələrdə Super Ay hadisəsi görünüb.

Super Ay hadisəsi Ayın öz orbitində Yerə ən yaxın olduğu anda müşahidə olunur və bu zaman Ay normal göründüyündən 14 dəfə daha artıq işıqlı görünür.

Müxtəlif ölkələrdə Super Ay hadisəsi necə görünüb?

Fotonun müəllifi San Diego Safari Park/ Facebook
Image caption Zoopark işçilərinin bildirdiyinə görə, Vila 5 nəslin "matriaarxı" olub.

5. Dünyanın ən qoca qorillalarından biri sayılan Vila adlı qorilla 60 yaşında ölüb. O, qorillaların adətən yaşadığı orta müddətdən 20 il çox yaşayıb.

San Diego şəhərində, Safari Park adlı zoopark Vilanın 1957-ci ildə Konqoda doğulduğunu bildirib.

Bu barədə daha geniş