Lady Gaga "kəskin ağrılara"görə turlarını ləğv edib

Lady Gaga Fotonun müəllifi Brian Samuelson

Məşhur musiqiçi dünya üzrə qastrollarının Avropa hissəsinə aid son 10 gününü "kəskin ağrılara" görə ləğv edib.

Pop ulduzu Twitter vasitəsilə üzr istəyib. Grammy mükafatı sahibinin ağrılarına səbəb olan fibromialgiya xəstəliyidir.

Müğənninin açıqlmasına görə o turların ləğvi barədə qərarı cümə günü axşam saatlarında verib.

Musiqiçi Sürix, Köln, Stokholm, Kopenhaqen, Paris və Berlində çıxış etməli idi.

Lady Gaga həmçinin Britaniyanın iki şəhərində - London və Manchester-də də - qastrollarını ləğv edib.

Onun pərəstişkarları arasında qərar müxtəlif reaksiyalar doğurub.

Müğənninin özlərini "monster" adlandıran pərəstişkarları ona dəstək bildirir.

Digərləri isə məyusluğunu gizlətmir.

Onlardan biri öz ad gününə hədiyyə olaraq Gaga-nın konsertinə bilet almış britaniyalı Alice Outten-dir.

"Mənim qatara biletim var və Londondakı oteldə otaq tutmuşam", - Britaniyanın qərbindəki Llandudno şəhərinin 23 yaşlı sakini sosial şəbəkədəki postunda yazır.

Ötən il Lady Gaga-nın Avropa qastrolları artıq bir dəfə ləğv olunmuşdu.

Bu barədə daha geniş