Qızının yoxa çıxmasından sonra ananın həyatı - fotoreportaj

Children make their way through the landscape

Vyetnamın şimalındakı ucqar kəndlərdə qızlar yoxa çıxır. Onlar "gəlin traffikinqinin" qurbanlarıdır. Oğurlanaraq Çinə aparılan qızlar zorla ərə verilir. Onlar arasında, hətta 13 yaşında olanlar var.

Uşaq hüquqlarının müdafiəsi üzrə Plan İnternational qrupuna əsasən ötən 10 il ərzində məcburi nikah halları tədricən artmaqdadır.

Onilliklər ərzində bir övlad siyasəti nəticəsində oğlan uşaqlarına üstünlük vermək ənənəsi Çin cəmiyyətində dərin kök salaraq gender tarazlığına təsir göstərib.

Fotoqraf Vinsent Tremeau Plan International təşkilatından Kirsty Cameron-la Vyetnama səfər edərək uşaqlarını itirmiş ailələrə baş çəkib.

56 yaşlı Do ölümcül xəstəlikdən əziyyət çəkir. Onun yeganə arzusu ölənə kimi iki ildir ki, yoxa çıxmış qızı Mi-ni görməkdir.

Oğurlanan günü bazarda işlərini bitirib evə qayıdan Mi-nin ardınca iki kişinin düşdüyünü görürlər.

Sonuncu dəfə Mi-ni Vyetnam-ın şimalındakı Ha Giang şəhərində görüblər. Lakin valideynləri ora gedəndə qız artıq yoxa çıxmışdı.

Qızın Çinə aparılıb orada satıldığını güman edirlər.

Mi-nin şəkli onun evində asılıb.

Vyetnamın şimalındakı kəndin 50 sakini var. Mi-dən başqa buradan daha üç qız oğurlanıb.

Yoxa çıxmış qızların yaxınları "ikitirəli itkidən" əziyyət çəkir. Psixoloqların dediyinə görə, qeyri-müəyyənlik yaradan belə itkilər daha ağır fəsadlara malikdir.

O, çaşqınlıq, narahatlıq, naümidlik, məyusluq və çarəsizlik hissi yaradır. Bu emosiyalar - sonsuz xəbər intizarı ilə birlikdə - dağıdıcı təsir göstərə bilər.

Traffikinqlə məşğul olanlar daha bir üsula əl atır. Onlar hədəfə aldığı qızla öncədən tanış olur, etimadını qazanır və daha sonra Çində iş tapmaqda kömək vəd edirlər.

Yalnız Çinə keçəndən sonra qızlar aldadılmış olduqlarını anlayır.

18 yaşlı Dinh (yuxarıdakı şəkildə) traffikinq qurbanlarından biridir.

O, 15 yaşında ikən rəfiqəsi Lia ilə birlikdə oğurlanaraq Çinə aparılmışdı. Evlərdən birində bağlı saxlanılan qızın alıcılar üçün şəklini çəkiblər. Dinh 8 aydan sonra qaça bildi. Rəfiqəsi isə heç vaxt qayıtmadı.

Hökumət statistikasına görə, ötən ilin yanvar ayından mart ayınadək traffikinqlə bağlı 300 iş qeydə alınıb.

Uşaqlara kömək xətti ilə 8000 zəngin daxil olduğu bildirilir.

Şəkillər: Plan International