5 fotoda: Növbədənkənar seçkilər, jurnalist müvəqqəti azadlıqda, aktrisa vəfat etdi...

Keçdiyimiz həftə baş vermiş mühüm hadisələr 5 fotonun diliylə.

Fotonun müəllifi Azertag.az

1. Azərbaycanda 11 aprel növbədənkənar prezident seçkilərinin keçiriləcəyi elan edilib.

Hakim Yeni Azərbaycan Partiyası öz qurultayında İlham Əliyevin prezidentliyə namizədliyini irəli sürüb. Müxalif Azərbaycan Xalq Cəbhəsi Partiyası seçkiyə qatılmamaq qərarı verib.

Növbədənkənar prezident seçkisi elan edildi: siyasətçilər və təhlilçilər şərh edir

Fotonun müəllifi E. Fəttah

2. Jurnalist Əfqan Muxtarlı ailə üzvlərinin yas mərasimində iştirak etmək üçün müvəqqəti azadlığa buraxılıb.

Dekabrın 31-də Əfqan Muxtarlının bacısı, onun və qardaşının azyaşlı uşaqlarının meyiti Zaqatalada yaşadıqları evdə ölü tapılmışdı. İlkin ehtimallara görə, onlar dəm qazından zəhərləniblər.

Jurnalist Əfqan Muxtarlı yasa görə azadlığa buraxıldı

Fotonun müəllifi AzerTAG

3. Azərbaycanın xalq artisti Zərnigar Ağakişiyeva 72 yaşında vəfat edib.

Aktrisanın cəsədi Bakıda, Yasamal rayonu ərazisində yaşadığı mənzildə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən aşkarlanıb.

Xalq artisti Zərnigar Ağakişiyeva vəfat edib

Fotonun müəllifi Inga Mileshkina

4. Fevralın 22-də Bakıda, martın 12-də Abşeron, Gəncə və Sumqayıtda ümumi təhsil müəssisələrində 2018/2019-cu dərs ili üçün 1-ci sinfə şagird qəbulu başlayır.

Qəbul həm elektron, həm də alternativ qeydiyyat mərkəzləri yolu ilə aparılacaq.

1-ci sinfə qəbul başlayır: Abşeron, Bakı, Gəncə və Sumqayıt məktəblərində qeydiyyat onlayn aparılacaq

Fotonun müəllifi SPACEX

5. Həftənin çərşənbə axşamı amerikalı sahbkar Elon Musk-ın Space X şirkətinin hazırladığı Falcon Heavy raketi kosmosa uğurlu uçuş edib.

Marsa istiqamətlənən raket özü ilə Elon Musk-ın Tesla Roadster qırmızı kabrioletini də aparır. Sürücü oturacağına skafandr geyinmiş maneken otuzdurulub.

Elon Musk-un raketi Marsa onun qırmızı avtomobilini də aparır

Raketin buraxılışını burada izləyə bilərsiniz