Bu, müqəddəs Valentinin həqiqi üzüdürmü?

Rekostruksiyanın mərhələləri Fotonun müəllifi Cícero Moraes

Müqəddəs Valentin sevgililərin himayədarıdır.

Buna görə bir çox ölkədə onun qətlə yetiriləcəyi 14 fevral günü bütün aşiqlərin bayramı kimi qeyd olunur.

Eramızdan əvvəl qədim Romada yaşayan bu xristian şəhidinin üz cizgiləri bərpa olunub. Yeni rəqəmsal təsvir əvvəlkilərdən xeyli fərqlənir.

Braziliyalı mütəxəssis Cicero Moraes müqəddəs Valentinə məxsus olduğu deyilən qalıqlara əsaslanaraq kompüter qrafikasının istifadəsilə sevgililər himayədarının üzünü yaradıb.



Müqəddəs Valentinin qalıqları, İtaliyanın Padua vilayətindəki Moseliçe şəhərinin Müqəddəs Georq kilsəsində saxlanılır.

Cicero Moraes-in hazırladığı 3D təsviri ötən şənbə günü keçirilən mərasimdə təqdim olunub.

Fotonun müəllifi Cícero Moraes

Yeni təsvirdə iri üz cizgili, nisbətən gənc adamı görmək olar. İndiyədək Valentin daha çox yaşlı şəxs kimi təsəvvür edilirdi.

Moraes 2017-ci ildə üzün rekonstruksiyası üzrə işə başlayan müxtəlif mütəxəssislərdən ibarət qrupun üzvüdür.

Vatikan Padua Universitetinin alimlərinə Valentinə məxsus olduğu iddia edilən kəllənin fotoşəkillərini çəkməyə icazə verib.

Bu görüntülər 3D texnologiyası ilə üz cizgilərini bərpa edən braziliyalı ekspert Cicero Moraes-ə göndərildi.

O, üz cizgilərini bərpa etmək üzrə işi bir həftəyə tamamladı.

Həmçinin oxuyun:

Bəzi alimlər hesab edir ki, tarixdə ən azı üçdən artıq müqəddəs Valentin olub.

"Roma Katolik Kilsəsi bu məsələdə tərəddüd edir. Çünki müxtəlif müqəddəs Valentinlər mövcuddur. Tanış olduğumuz görüntü üç müqəddəsə məxsus təsviri bir araya gətirir", - Moraes BBC Brasil Xidmətinə bildirib.

"Mən onlardan birinin üz cizgilərini artıq bərpa etmişəm. Daha birilə də işləmək istərdim, o, Afrikaya missioner kimi gedərək orada ölüb. Lakin onun dəfn yeri məlum deyil".

Fotonun müəllifi Cícero Moraes

Aşiqlərin müqəddəsi

Müqəddəs Valentinə sitayişin katolik kilsəsinə heç bir aidiyyəti yoxdur və onun kökləri xristianlıq dönəmindən əvvəlki Romaya gedib çıxır.

Hər il qeyd olunan bayram qədim Luperkalia - sağlamlıq və məhsuldarlıq festivalı ilə əlaqəlidir. Bu şənliklər qədim Romada 15 fevralda keçirilib.

Festival həmçinin, meşə, tarla və düzənliklərin buynuzlu ilahəsi Faunusa-ya həsr olunurdu.

Eramızdan əvvəl 494-cü ildə Roma Papası Gelasius xristianların bu bayrama qatılmasına qadağa qoydu.

Bundan sonra bir gün qabağa çəkilən Valentin bayramı sevgililərə həsr olunub.

Fotonun müəllifi Luca Bezzi

Braziliyanın cənubundakı Çapeko çəhərində anadan olmuş 35 yaşlı Cicero Moraes "müqəddəslər ovçusuna" çevrildi.

Braziliyalı mütəxəssis bundan əvvəl katolik dini xadimlərə aid 10 işin müəllifidir.

Bu barədə daha geniş