Beyinlərimiz biz fərqinə varmadan bir-biri ilə danışa bilərmi?

  • Cecilia Barria
  • BBC Mundo
Moran Cerf
Şəklin alt yazısı,

Moran Cerf

Beyinlərimiz biz fərqinə varmadan bir-biri ilə danışa bilərmi?

Danışa bilər. Ən azından ABŞ-dakı Northwestern Universitetindən nevrologiya üzrə professor Dr. Moran Cerf-in beynin neyron siqnallarının sinxronlaşması üzərində apardığı tədqiqata dair nəticələr belə deyir.

10 ildən artıq müddət ərzində professor Serf qərar qəbuletmə prosesini təhlil edib.

line

O, bunun üçün skandan istifadə edib. Alim müxtəlif stimulların beyində yaratdığı reaksiyaların ekrana göndərilən əksini müqayisə edib.

Məlum olub ki, bir-birilə çox vaxt keçirən insanlarda beyin neyronlarının aktivliyi çox yaxın olur və bəzi hallarda hətta eyni şəkil alır.

"Uzun müddət bir şəxslə birgə vaxt keçirirsinizsə, hər iki beyində sinxronlaşma yaranır", - professor Cerf deyir.

Elektrik siqnalların sinxronlaşması

Elektrik sinxronlaşdırma adlandırılan bu prosesin əksini kompüter ekranında görmək mümkündür.

Alimlər qərarın qəbul olunmasında iştirak edən beyin hissələrini görə bilərlər
Şəklin alt yazısı,

Alimlər qərarın qəbul olunmasında iştirak edən beyin hissələrini görə bilərlər

"Yalnız iki həftə ərzində eyni filmlərə baxan, eyni kitabları oxuyan, eyni təcrübəni paylaşaraq bir-birilə ünsiyyətdə olan iki insan bənzər nitq tərzini mənimsəyir. Onlar həmfikir olur və bənzər emosiyalar keçirməyə başlayır", - professor Cerf deyir.

O bildirir ki, buna görə siz vaxt keçirdiyiniz şəxsləri yaxşıca seçməlisiniz.

"Yaxın insanlar sizin reallığın qavranmasına müəyyən bir təsir göstərir ki, onun necə baş verdiyini görmək və yaxud da izah etmək çətindir", - tədqiqatçı deyir.

line

"Siz pis və yaxud uyğun olmayan partnyor seçərək onunla 10 il vaxt keçirmişsinizsə, bunun həyatınıza ciddi təsiri olacaq".

Yaddaş sintezi

Qərar vermənin özündən razı qalma hissinə təsirini araşdıran Dr. Cerf insanların müəyyən anda məhz bu və ya digər qərara necə gəldiyini, bunun yaddaşda necə həkk olunduğunu və insanların öz qərarlarını başqa şəxslərin qərarları ilə necə uzlaşdırdığını təhlil edib.

Birgə vaxt keçirən insanların beyin siqnalları bənzər şəkil ala bilər

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı,

Birgə vaxt keçirən insanların beyin siqnalları bənzər şəkil ala bilər

Bəzi şəxslər baş verənlər barədə hekayələr uydurmağa qadirdir. Onlar həmçinin özlərini inandıra bilirlər ki, keçmişdəki qərarlar düzgün olub.

"Həqiqətən də ağır təcrübədən keçmiş insanlar mövcuddur. Lakin onlar öz beyinlərini həmin təcrübəni fərqli yozmağa yönləndirə bilir. Bu, yaşanmış təcrübənin sintez üsuludur", - Cerf hesab edir.

Ən yaxşı alət

Belə isə beynimizi necə təlimləndirə bilərik?

Bəziləri hətta ən ağır təcrübənin pozitiv tərəflərini görməyə qadirdir

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı,

Bəziləri hətta ən ağır təcrübənin pozitiv tərəflərini görməyə qadirdir

"Əgər əvvəllər bunu etməmisinizsə, reallığı fərqli şəkildə yozmaq çətin ola bilər, bunun ən uğurlu yolu bu qabiliyyətə sahib insanların əhatəsində olmaqdır", - Serf deyir.

"Əgər onlarla kifayət qədər vaxt keçirsəniz, həyatınızdan daha razı qalıb, dünyanı bənzər bir şəkildə görməyə başlayacaqsınız.

Bu öz-özünə baş verəcək. Şüurlu şəkildə nə isə etməyə ehtiyac yoxdur. Fərqli insanların beyin sinxronlaşmasının faydası da elə bundan ibarətdir".

Presentational white space