5 fotoda: Floridada məktəbə hücum, "Əli və Nino"nun narahatlığı, Saakaşvili deport edildi...

Keçdiyimiz həftə baş vermiş mühüm hadisələr 5 fotonun diliylə.

Fotonun müəllifi Getty Images

1. ABŞ-ın Florida ştatında Parkland şəhərində orta məktəblərin birinə silahlı hücum olub.

Florida polisi hücumda ən azı 17 nəfərin öldüyünü, hadisə yerindən qaçan hücumda günahlandırılan şəxsin saxlandığını açıqlayıb. Saxlanılan şəxsin 19 yaşlı Nikolas Cruz olduğu bildirilir.

Florida hücumu: FBI və müəllimlər Nikolas Cruz barəsində xəbərdar edilliblərmiş

Fotonun müəllifi FREDERICK FLORIN

2. Bu il abituriyentlər özlərini iki fərqli ixtisas qrup üzrə imtahanda sınaya biləcəklər. Bununla bağlı Nazirlər Kabineti qərar verib.

Dövlət İmtahan Mərkəzi xəbər verir ki, bu ildən abituriyentlər yaz və yay qəbul imtahanlarında fərqli ixtisas qrupu üzrə iştirak edə bilərlər.

Dövlət İmtahan Mərkəzindən yenilik: Abituriyentlər iki fərqli ixtisas qrupundan imtahan verə bilərlər

Fotonun müəllifi N.Köçərli

3. "Əli və Nino" kitab mağazaları şəbəkəsinin rəhbəri Nigar Köçərli Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun oğlu Tale Heydərovun onu güclə bazardan çıxarmaq istədiyini deyib.

Tale Heydərovun sahibi olduğu "LİBRAFF" kitab mağazaları şəbəkəsi Nigar Köçərlini "sağlam rəqabətə davam gətirməməkdə", "onlara böhtan atmaqda" ittiham edib.

Nigar Köçərli: "Mənə dedilər ki, biz filik, sən də qarışqa, səni əzəcəyik"

Fotonun müəllifi EPA

4. Son vaxtlar Ukrayna prezidenti Petr Poroşenkonun ünvanına mütəmadi olaraq ittihamlar səsləndirən Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili Kiyevin "Suluquni" restoranında həbs edilib.

O, Ukraynadan Polşaya deportasiya edilib. Bundan əvvəl verdiyi müsahibəsində o, "təslim olmayacağını" bildirmişdi.

Mixail Saakaşvili Polşaya göndərilib

Fotonun müəllifi Getty Images

5. Cənubi Koreyanın Pyeongchang şəhərində 2018-ci il Qış Olimpiya oyunlarına start verilib. Qış Olimpiya Oyunlarında Azərbaycan bir idmançı ilə təmsil olunur.

Atlet Patrick Brachner Cənubi Koreyanın Pxençxan şəhərində fevralın 25-dək keçiriləcək oyunlarda slalom və böyük slalom üzrə yarışacaq.

2018-ci il Qış Olimpiyası: Cənubi Koreya Şimali Koreya nümayəndələrinin xərclərini ödəyir

Bu barədə daha geniş