5 fotoda: Oskar mükafatları, porno ulduzunun ittihamı və...Trump Kimlə görüşəcəkmi?

Keçdiyimiz həftə baş vermiş mühüm hadisələr 5 fotonun diliylə.

Fotonun müəllifi Getty Images

1. Martın 9-u Şimali Koreya lideri Kim Jong Un ABŞ prezidenti Donald Trump-ı görüşə dəvət edib, Trump da bu təklifi qəbul edib.

Gözlənilməz bəyanat Vaşinqtonda yüksək vəzifəli Cənubi Koreya rəsmiləri tərəfindən verilib. Şimali Koreya liderinin məktubunu onlar təqdim ediblər.

Onlar deyiblər ki, cənab Kim, həmçinin nüvə və raket sınaqlarını dayandırmağa razılıq verib və "nüvəsizləşdirməyə meyillidir".

Trump Şimali Koreyaya gedir?

2. BBC Ruscanın müxbiri Fəridə Rüstəmova daxil olmaqla bir neçə qadın jurnalist tərəfindən seksual qısnamalar etməkdə ittiham olunan Rusiya Dövlət Duması deputatı Leonid Slutski ətrafında qalmaqal yaranıb.

Rüstəmova ilə yanaşı iki ayrı jurnalist də deputata qarşı iddialar qaldırıb.

"Onun arvadı, mənim məşuqəm olarsan...”: BBC jurnalisti deputat Slutski tərəfindən seksual qısnamaya məruz qalıb

Fotonun müəllifi Getty Images

3. Donald Trump-la intim əlaqələrdə olduğunu iddia edən porno aktrisası Stormy Daniels ABŞ prezidentini məhkəməyə verərək, iddiasına dair sirrin qorunması barədə imzaladığı sazişin etibarsız olduğunu deyir.

2011-ci ildə InTouch jurnalına verdiyi müsahibədə xanım Clifford Donald Trump-la cinsi əlaqəyə 2006-cı ildə, cənab Trump-ın yoldaşı Melania Trump oğlu Barron-u dünyaya gətirdikdən qısa müddət sonra başladığını deyib.

Porno ulduz Trump-ı məhkəməyə verib

Fotonun müəllifi APA

Azərbaycan dövlətinin dəvəti əsasında ölkəyə gələn ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) Azərbaycanda 11 aprel prezident seçkisi üçün seçki müşahidə missiyası martın 9-dan fəaliyyətinə rəsmən başlayıb.

Corien Jonker bildirib ki, Bakıda 10 ekspert işə başlayır və martın 15-dən iyirmi uzunmüddətli missiya, seçki günündən bir neçə gün qabaq isə 280 qısamüddətli missiya Azərbaycana gələcək.

Azərbaycanda prezident seçkisi: ATƏT-in müşahidə missiyası "səmimi şəkildə yaxşı qiymətləndirmə" vəd edir

Fotonun müəllifi Getty Images

Martın 4-ü 2018-ci il Oscar mükafatı gecəsində Amerikanın "Oskar" Kinematoqrafiya Sənəti Akademiyasının "ən yaxşı filmi" Suyun Şəkli (The Shape of Water) seçilib.

Filmin rejissoru Guillermo del Toro isə "ən yaxşı rejissor" nominasiyasının qalibi olub.

Oskar mükafatı 2018: Qaliblər arasında kimlər var?

Bu barədə daha geniş