Seks kuklası "fahişəxanası": Paris şurası "Xdolls" oyun mərkəzinin taleyinə qərar verəcək

2004 file picture of silicone sex dolls in California Fotonun müəllifi Getty Images

Paris şura üzvləri müştərilərdən bir saat silikon seks kuklalarla vaxt keçirmək müqabilində 89 avro ($109) alan biznesin gələcək taleyi haqqında qərar qəbul edəcək.

Kommunist şura üzvləri və feminist qruplar "Xdolls" oyun mərkəzinin bağlanılmasını tələb edir.

Hazırda "Xdolls" mərkəzi oyun mərkəzi kimi qeydiyyatdan keçsə də, tənqidçilər bunun fahişəxana olduğunu iddia edir.

Fransada fahişəxanaya sahib olmaq və ya idarə etmək qadağandır.

Sözügedən mərkəz Fransa paytaxtında anonim görünüşlü mənzildə yerləşir və fəaliyyətə keçən aydan başlayıb.

"Xdolls" oyun mərkəzinin sahibi, əvvəllər e-siqaret mağazalarını işlədən Joachim Lousquy Le Parisien qəzetinə verdiyi açıqlamada müştərilərin əsasən kişilərdən ibarət olduğunu, bəzən isə cütlüklərin də gəldiyini bildirib.

Mərkəz 3 otaqdan ibarətdir və hər bir otaqda dəyəri minlərlə avro olan 145 sm boyunda silikon seks kuklaları var.

Müştərilər internet vasitəsilə qeydiyyatdan keçir və ödəniş edir; dəqiq ünvan isə gizli saxlanılır. Cənab Lousquy deyir ki, qonşular belə mərkəzin fəaliyyət istiqaməti haqqında məlumatsızdırlar.

"Fahişəlik yeri"

Tənqidçilər mərkəzin bağlanılmasını tələb edir. Kommunist şura üzvü Nicolas Bonnet Oulaldj bu həftə keçirilən Paris şura iclasında məsələnin qaldırılmasını istəyir.

""Xdolls" qadın ləyaqətini alçaldan imic yaradır" Nicolas Bonnet bildirib.

Nicolas Bonnet və həmfikir şura üzvləri "Xdolls"-un fahişəxana kimi fəaliyyət göstərdiyini bildirərək qadağasına çağırır.

Mərkəzin sahibi Joachim Lousquy oyuncaqların seks kuklaları olduğunu və qadınların ləyaqətini alçaltmadığını bildirib.

Hüquqşünas və Paris feministlər assosiasiyasının sözçüsü Lorraine Questiaux Fransada hər il 86 min qadına təcavüz edildiyini deyir.

""Xdolls" seks ləvazimatlarının satıldığı mağaza deyil. Bu, pulların yığıldığı və qadına təcavüz edildiyi yerdir", mərkəzin bağlanılmasının tərəfdarlarından olan xanım Questiaux bildirib.

Bu barədə daha geniş