Facebook qalmaqal ardınca məxfilik siyasətini yeniləyir

Facebook Fotonun müəllifi Reuters
Image caption Facebook bildirir ki, yenidən tərtib olunan parametrlər istifadəni asanlaşdırır

Facebook bildirir ki, onun məxfilik siyasətinin yenilənməsi istifadəçilər üçün şirkətin saxladığı fərdi məlumatların tapılması və redaktəsini asanlaşdıra bilər.

Yeni qaydalar barədə elan Facebook-un bloqunda yerləşdirilib.

Sosial şəbəkə nəhəngi 50 milyon nəfərə məxsus şəxsi məlumatların siyasi təhlil şirkətinə ötürülməsilə bağlı qalmaqaldan sonra tənqid olunmaqdadır.


Məxfilik parametrlərinə aid bəzi dəyişiklər:

  • Təqribən 20 fərqli səhifədə əks olunan kökləmələr bir araya gətirilib.
  • İkili autentifikasiya funksyası.
  • Yeni cihazdan şəbəkəyə giriş barədə bildiriş funksiyası.
  • Postlar və axtarış sorğularını nəzərdən keçirib silmək imkanı.
  • Təqdim olunan ünvanlı reklamın seçimi ilə bağlı izahat.

Sosial şəbəkə bildirir ki, məxfilik parametrlərinin dəyişdirilməsi barədə qərar Aİ-nin yeni qaydalarına görə dəyişdirilib və qalmaqaldan əvvəl qəbul olunub.

Bu barədə daha geniş