5 Fotoda: Azərbaycanda yeni avtomobil zavodu, Kemerovoda etiraz, “Narıncı qar” və...

Keçdiyimiz həftə baş vermiş mühüm hadisələr 5 fotonun diliylə.

Fotonun müəllifi Azertag.az
Image caption Neftçala Sənaye Parkında istahsal olunan minik avtomobilləri

1. Bakıda rəsmi səfərdə olan İran prezidenti Həsən Ruhani deyib ki, Azərbaycan İran birgə avtomobil istehsalı zavodu "iki ölkənin birgə iradəsinin nəticəsidir".

Azərtacın məlumatına görə, təməli 2017-ci ilin avqustunda qoyulan zavodun maya dəyəri dəyəri 15 milyon ABŞ dollarıdır.

İstehsal gücü ildə 10 min avtomobil olacaq zavodda 2019-cu ilin sonunadək 6 min avtomobil istehsalı planlaşdırılıb.

Azərbaycanda yeni avtomobil zavodu: Məhsul alıcı tapacaqmı?

Fotonun müəllifi Reuters
Image caption Mitinq iştirakçıları qurbanların sayı barədə həqiqi rəqəmlərin açıqlanmasını tələb ediblər

2. Kemerovo şəhərində hakimiyyətdən narazı yüzlərlə insan əyləncə mərkəzində yanğınla bağlı etiraza qatılıb.

Rəsmi rəqəmlərə görə, bazar günü "Zimnyaya vişnya" ticarət və əyləncə mərkəzində yanğın 41 nəfər uşaq olmaqla, 64 nəfərin ölümünə səbəb olub.

Hərçənd ki, Kemerovoda keçirilən etiraz aksiyasının iştirakçıları arasında rəsmi rəqəmlərə şübhə edənlər olub.

Kemerovoda yanğın: Qəzəbli rusiyalılar etiraz edir

Fotonun müəllifi Katrin JD
Image caption Şimali Qafqaz dağları. Bu cür mənzərələr şərqi Avropada digər ölkələrdə də müşahidə olunub

3. Rusiyanın şimali Qafqaz regionu və şərqi Avropanın bir çox ölkəsində yerin narıncı qara bürünməsi insanları çaşdırıb.

Narıncı qarın şəkilləri sosial şəbəkələrdə Rusiya, Bolqarıstan, Ukrayna, Rumıniya və Moldovadan paylaşılıb.

Meteoroloqlar bildirir ki, narıncı qar Böyük Səhradan gələn qum fırtınasının yağış və qarla qarışmasından yaranır.

"Narıncı qar" şərqi avropalıları çaşqın vəziyyətə salıb

Fotonun müəllifi Reuters
Image caption Öldürülən fələstinlinin qohumları

4. Qəzzanın cənubundakı Xan Yunis şəhərində İsrail tankından açılan atəş nəticəsində fələstinli fermer həlak olub, Fələstin rəsmiləri bildirir.

Bu hadisə fələstinlilərin cümə günü qeyd etdiyi Torpaq Günü ilə bağlı nümayişdən əvvəl baş verib.

İsrail hərbiyyəsi bildirir ki, atəş təhlükəsizlik hasarı yaxınlığında şübhə doğuran hərəkətlərdən sonra açılıb.

İsrail-Fələstin: Etiraz aksiyasından əvvəl fələstinli öldürülüb

Image caption ATƏT/DTIHB-nun seçki müşahidə missiyası martın 9-dan Azərbaycanda rəsmən fəaliyyətinə başlayıb

5. ATƏT-in Seçkiləri Müşahidə Missiyasından ilk aralıq hesabatı təqdim olunub.

Missiya keçirdiyi görüşlər əsasında hazırladığı hesabatda vurğulayır ki, onların bir çox müsahibi "seçkilərin həqiqətən rəqabətli əsasda keçiriləcəyini gözləmirlər".

Hesabatda vurğulanır ki, "seçki komissiyaları yaxşı təmin olunmuş və peşəkar təəssürat bağışlayır".

ATƏT-in Seçkiləri Müşahidə Missiyasından ilkin hesabat: "Seçki kampaniyası zəif hiss olunur"

Bu barədə daha geniş