5 Fotoda: YouTube-un baş qərargahına hücum edən qadın, Putinlə Erdoğanın görüşü və...

Keçdiyimiz həftə baş vermiş mühüm hadisələr 5 fotonun diliylə.

Fotonun müəllifi Nasim Aghdam

1. Baliforniyada YouTube-un baş qərargahına hücum edən qadının Youtube-u onun videolarını əngəlləməkdə və qazancını azaltmaqda ittiham edib.

Polisin məlumatına görə 39 yaşlı Nasim Aghdam üç nəfərə atəş açdıqdan sonra intihar edib.

Onun saytında deyilir ki, o, Youtube-da türkcə (azərbaycanca), farsca və ingiliscə videolar paylaşırmış və xeyli izləyicisi varmış.

YouTube-un baş qərargahında atışmada şübhəli bilinən qadın kimdir?

Fotonun müəllifi Getty Images

2. Çərşənbə günü axşamı Türkiyə paytaxtı Ankarada görüş keçirən Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Recep Tayyip Erdoğan birlikdə Rusiya tərəfindən inşa olunması planlaşdırılan və Türkiyənin ilk nüvə enerji reaktorunun tikintisinin açılış mərasimində videozəng vasitəsilə iştirak ediblər.

Prezident Erdoğan Akkuyu nüvə reaktorunun tikintisinin Türkiyənin inkişafında və Rusiya ilə enerji üzrə əməkdaşlıqda "tarixi an" olduğunu deyib, Türkiyə dövlət xəbər agentliyi Anadolu Ajansı (AA) bildirib.

Türkiyə və Rusiya Akkuyu nüvə reaktorunun tikintisinə 2010-cu ildə razılığa gəliblər.

Rusiya Türkiyənin ilk nüvə enerji reaktorunu tikməyə başlayıb

3. Kanal 13-ün rəhbəri, jurnalist Əziz Orucov azadlığa buraxılıb. Bu barədə onun qardaşı Anar Orucov BBC Azərbaycancaya məlumat verib.

Onun sözlərinə görə, cümə axşamı günü məhkəmədə Əziz Orucovun Ali məhkəmədə kassasiya şikayətinə baxılıb və onun 3 illik şərti azadlığa buraxılması haqda qərar qəbul olunub.

Anar Orucov bildirir ki, məhkəmədən bunu gözləmirdilər.

Kanal 13-ün rəhbəri Əziz Orucov şərti azadlığa buraxılıb

4. Azərbaycan hakimiyyətində klanlar var və onlar Mehriban Əliyevanın prezident olmasını istəmirlər, Turan agentliyinin rəhbəri Mehman Əliyev deyir.

BBC Azərbaycancanın canlı yayımda qonağı olan Mehman Əliyev aprelin 11-də keçiriləcək seçkilərdən sonra islahatlarına aparılacağını proqnozlaşdırır və seçkilərin erkən keçirilməsinin səbəbini də məhz islahatların təcili həyata keçirilməsinə yaranan ehtiyacda görür.

Onun fikrincə, Avropa qurumları və ABŞ İlham Əliyevdən siyasi islahatlar gözləyir.

"Onlar istəmirlər ki, Mehriban Əliyeva prezident seçilsin və ya dövlət başçısı olsun"

5. Bakının Yasamal rayonundakı "Məhsul" stadionunda Demokratik Qüvvələrin Milli Şurası ilə Müsavat Partiyasının birgə keçirdiyi etiraz nümayişi başa çatıb.

Bakı Şəhər Baş Polis İdarəsi etiraz nümayişində ictimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması hallarının qeydə alınmaması ilə bağlı məlumat yayıb.

İdarənin məlumatına görə, etiraz nümayişində 1200 nəfər iştirak edib. AXCP Ali Məclisinin sədri, Milli Şuranın üzvü Nurəddin Məmmədli isə bu rəqəmlə razı olmadığını və nümayişə daha çox insanın qatıldığını bildirir.

Azərbaycanda prezident seçkiləri: Milli Şura və Müsavatın birgə etiraz nümayişi başa çatıb

Bu barədə daha geniş