Transgender qırğız Rusiyadan sığınacaq istəyib

Gay rights activist and anti-gay activist fight over a rainbow flag in St Petersburg, Russia (Oct 2013) Fotonun müəllifi Getty Images
Image caption Rusiya LGBT icması üçün təhlükəsiz yer sayılmır.

Gey və transgenderlər üçün Rusiyanın çətin yer olduğu məlumdur.

Buna baxmayaraq, gözlənilmədən Qırğız LGBT üzvləri Rusiyaya sığınıblar.

Onlar deyir ki, onların evdə şəraiti daha da çətindir, Katie Arnold Bişkekdən yazır.

Anna bilirdi ki, internet müştəriləri tapmaq üçün təhlükəli bir yerdir.

Transfobik nifrətli dəstələr çox vaxt seks işçilərinin onlayn reklam elanlarını nəzərdən keçirir, növbəti qurban axtarırlar.

"Adətən mən kimin kim olduğunu yaxşı tanıya bilirəm. Heç gözləmirdim ki, həmin oğlan təhlükəli olsun", - Anna deyib.

Onun sözlərinə görə, 3 həftə bundan əvvəl o, özlərini müştəri kimi təqdim edən iki kişi tərəfindən oğurlanmışddı.

Onlar onun pivəsinə yuxu dərmanı qataraq dağlıq əraziyə aparıblar.

O, bərk ağrıdan oyandı - həmin adamlar onun başına və sinəsinə zərbələr endirirdi.

"Sən erkək doğulmusan, sən kişi olmalısan", - onlar qışqırırdı.

Dərmanın təsirindən Anna hərəkətsiz vəziyyətə düşmüşdü və özünü müdafiə edə bilmirdi.

Sonra həmin iki işi onun qanamış başına plastik torba keçirərək çıxıb getdilər.

Anna birtəhər Bişkekə dönə bildi və şəhərdəki yeganə LGBT sığınacağına sığındı.

"Mən daha Qırğızıstanda qala bilmərəm, bura təhlükəsiz deyil, - o deyib. - Rusiyada yaşamaq istəyirəm".

Qırğızıstanda 2014-cü ildə homoseksuallığı diskriminasiya edən qanunvericilik hazırlandıqdan sonra LGBT icması gözdən uzaq olmağa çalışır.

Fotonun müəllifi Getty Images
Image caption Bişkekdə LGBT etirazları

Təklif olunmuş qanun layihəsi parlamentdə son oxunuşdan hələ keçməlidir, lakin təqib və hədələmə kampaniyası bu günədək davam etməkdədir.

Rusiyaya köçmək istəyənlər

2016-cı ildə Kyrgyz Indigo LGBT təşkilatının keçirdiyi sorğuya görə, respondentlərin 84 faizi fiziki zorakılığa, 35 faizi isə seksual zorakılığa məruz qalıb.

İş yerlərində diskriminasiya olunduqlarına görə, LGBT icmasının üzvləri seks industriyasına üz tutmalı olurlar.

İcmanın bir çox üzvləri könüllü olaraq Rusiyaya köçmək istəyir, halbuki bu ölkənin LGBT nümayəndələrinə düşməncəsinə yanaşdığı məlumdur.

"Xeli sayda transgender qadınlar ora yollanır, - Roma adlı seks işçisi və "Tais Plus" yerli insan haqları təşkilatının əməkdaşı deyir.

"Ötən ay Moskvaya 10 adamın köçdüyünü bilirəm. Onlar oradakı həyatın pis olmadığını söyləyirlər", - Roma deyir.

Romanın özü də Rusiyaya köçmək istəyir.

"Rusiyada qanunvericilik seks işçilərinə qarşı olsa da, polis insanları transgender olduqlarına görə hədəfə almır. Burada isə polis belələrini videoya çəkir və sonra həmin çəkilişi internetə yerləşdirəcəyi ilə hədələyir", - o deyir.

Fotonun müəllifi Getty Images
Image caption "Polis belələrini videoya çəkir və sonra həmin çəkilişi internetə yerləşdirəcəyi ilə hədələyir", - Roma deyir.

Pulla seks təklif etmək Rusiyada qanunsuz hərəkət sayılır, lakin bu hərəkətə görə maksimal cərimə 2,000 rubldur ($35) və qanun nadir hallarda işə salınır.

Polsin rüşvətxolrluğuna görə, Seks İşçiləri Hüquqlarının Müdafiə Şəbəkəsinin bildirdiyinə görə, Rusiyanın bir çox ərazilərində geniş və açıq şəkildə seks industriyası mövcuddur.

1993-cü ildə Rusiyada homoseksuallıq dekriminallaşıb, lakin LGBT nümayəndələrinə qarşı qərəzli münasibət davam etməkdədir.

2013-cü ildə Rusiyada homoseksuallığın uşaqlar arasında təbliğatını qadağan edən qanun qəbul edilib.

"Transgenderlər homoseksuallar və biseksuallardan daha çox zorakılığa məruz qalırlar", - Rusiya LGBT Şəbəkəsi təşkilatından Svetlana Zaxarova deyir. - Problem polisdən daha çox cəmiyyətin özü ilə bağlıdır".

Bu arada isə Anna Rusiyada yeni həyatının yeni səhifəsini çevirməyə hazırlaşır.

Bu ilin əvvəlində o, transgender dostları ilə seks işçilərinin tez-tez baş çəkdiyi barda içki içərkən bar menecerinin hücumuna məruz qalıb.

"Biz polis çağırdıq, onlar isə çəkiliş qrupu ilə gəlib bizi televiziyada bütün ölkəyə göstərdilər, - Anna deyir. - Qırğızıstanda bizim nə hüququmuz var, nə də ki təhlükəsizliyimiz var, şəxsi həyatımızın məxfiliyinə hörmət edilmir, polis isə bütüb bunalara dəstək verir".

Fotonun müəllifi Getty Images
Image caption Rusiya LGBT icması 1 may günü nümayişində göyqurşağı bayraqları yelləyir.

Qırğızıstan DİN-i polisin hərəkətləri barədə müvafiq şikayətə cavab verməyib.

Bu, Annanı heç də təəccübləndirməyib: "Nə mənası var? Onsuz da bu, vəziyyəti dəyişməyəcək, mənim və ya başqalarının təhqir olunmasına son qoymayacaq."

"İstədiyim yeganə şey bu ölkəni tərk edib azad həyat tərzi sürə biləcəyim ölkədə yaşamaqdır", - Anna bildirir.

Məsələ isə burasındadır ki, görəsən Rusiya Qırğızıstan transgenderlərinə onların arzuladığı şəraiti təmin edə biləcəkmi?

Bu barədə daha geniş