İnternetin qədim Hindistanda mövcud olduğunu deyən nazir lağa qoyulub

Sanjaya kral Dhritarashtra məruzə edir Fotonun müəllifi Getty Images
Image caption Nazir iddiasını əsaslandıraraq qədim Mahabharata dastanına istinad edib

İnternetin minilliklər öncə qədim hindistanlılar tərəfindən icad edildiyini deyən nazir sosial şəbəkələrdə lağa qoyulub.

Şimal-qərbdə yerləşən Tripura ştatının baş naziri müvafiq bəyanatla çərşənbə axşamı günü keçirilən ictimai tədbirdə çıxış edib.

Biplab Deb iddiasını əsaslandıraraq Hindistanın qədim Mahabharata eposundan misal çəkib.

Nazir deyib ki, eposun qəhramanı tərəfindən uzaq məsafədə baş verən döyüş haqqında kral Dhritarashtraya ətraflı məlumat verməsi qədim Hindistanda peyk və internet texnologiyalarının mövcudluğuna dəlalət edir.

Rişxənd

Hindistan rəsmisinin sözləri geniş rezonans doğuraraq sosial mediaya rişxəndli şərhlər cəlb edib.

Onlardan birində deyilir ki, cari problemləri həll etməkdənsə hakimiyyət uydurma keçmişi romantik ruhda təsvir etməklə məşğuldur.

Tvit müəlliflərindən biri belə cəhdləri "...kədərli və rüsvayçı" kimi səciyyələndirir.

Ruba Subramanya adlı istifadəçi hesab edir ki, hakim partiya daxilindəki belə hallar "narahatedicidir".

"Ümid edirəm ki, ən azı keçmişdə internetin sürəti indikindən daha yaxşı olub", - daha bir istifadəçi yazır.

Ziddiyyətli bəyanatlar tarixçəsi

Hakimiyyətdə olan millətçi BJP partiyasına məxsus rəsmilərin ziddiyyətli bəyanatları əvvəl də səslənib.

Misal üçün Hindistanın baş naziri bəzi texnoloji nailiyyətlərin qədim dövrlərdə kəşf olduğunu hesab edir.

4 il əvvəl Mumbay hospitalının heyəti qarşısında çıxış edən Narendra Modi qədim Hindistanda plastik əməliyyatların mövcud olduğunu vurğulayıb.

Bu yaxınlarda isə nazir müavini Satyapal Sinqh təyyarənin ilk dəfə qədim Ramayana dastanında qeyd olunduğunu deyib.

Bu barədə daha geniş