Macron thanks PM's 'delicious wife'
Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil

Macronun "ləzzətli arvadınız" ifadəsi Avstraliyanın gözlərini bərəldib

Fransa Prezidenti Emmanuel Macron Avstraliyadadır. O Avstraliya Baş nazirinə təşəkkür etmək istəyəndə Avstraliyanı və bütün dünyanı öncə təəccübləndirib, sonra güldürüb.

O, Baş nazirə təşəkkür etmək məqsədilə "Siz və ləzzətli arvadınız - çox sağ olun!" deyib.

Cənab Macron ingilis dilində gözəl danışır, amma bir sözü yanlış deməsi onu kameralar qarşısında pis vəziyyətdə qoyub.

İngilis dilindəki "delicious" - "ləzzətli" - kəlməsi, fransızcada həm dadlı yemək barədə istifadə oluna bilir, eyni zamanda isə "lətafətli" və ya "ecazkar" mənaları da var.