"Yarıçılpaq" xanım tələbələrə kitabxanadan xəbərdarlıq

Dikina Muzeya Fotonun müəllifi Dikina Muzeya
Image caption Dikina Muzeya deyir ki, onun kişi tələbə yoldaşları diqqətini oxumağa yönəltməlidir

Zambiyanın ən mötəbər universitetlərindən birinin kitabxanası kişi tələbələrin diqqətini yayındırmamaq üçün xanım tələbələri "yarıçılpaq" gəlməməyə səsləyib.

Müvafiq müraciətlər paytaxt Lusakadakı "University of Zambia" kitabxanasında yerləşdirilib.

Qadın tələbələrə bildirişdə daha "sadə" geyimdə gəlmək tövsiyə olunur.


Həmçinin oxuyun:

Afrikanın cənubunda yerləşən Zambiyada cəmiyyət ümumilikdə mühafizəkar olsa da tələbələr daha dəbli geyimlərə meyllidir, BBC müxbiri Kennedy Gondwe-nin xəbərində deyilir.

"Ayaqlara yox, kitabına bax"

Bəzi xanımlar tövsiyəni qəbul etməyib.

Onlardan biri Dikina Muzeya-dır.

"Məqsədiniz kitabxanaya gedib oxumaqdırsa, buna aidiyyəti olmayan qadınların ayaqları kimi kənar şeylərə niyə baxmalısan ki?", - üçüncü kursun tələbəsi BBC-ə bildirib.

"Diqqətini kitablarına yönəlt, vəssalam".

Fotonun müəllifi Dikina Muzeya
Image caption Qadın tələbələrə bildirişdə daha "sadə" geyimdə gəlmək tövsiyə olunur.

Kişi tələbələrdən biri isə kitabxananın təşəbbüsünü dəstəkləyib.

"Qadın bədəninin nə qədər cazibədar olduğu məlumdur", - Killion Phiri deyir.

"Axı, kimsə dar don və yaxud da qısa ətəkdə keçirsə diqqətini oxumağa yönəltmək necə mümkün ola bilər ki?"


Həmçinin oxuyun:

Bu barədə daha geniş