Ürəyi cavan saxlamaq üçün həftədə dörd-beş dəfə idmanla məşğul olmaq lazımdır

ürək Fotonun müəllifi Getty Images

Araşdırmalar göstərir ki, ürəyə gedən əsas damarların sərtləşməsinin qarşısını almaq üçün həftədə dörd-beş dəfə idmanla məşğul olmaq lazımdır.

60 yaşlarında olan 100 nəfər üzərində aparılan araşdırma göstərib ki, həftədə iki-üç dəfə idmanla məşğul olmaq ancaq bəzi damarları sağlam saxlaya bilir.

Araşdırmaçılar deyir ki, idmanın istənilən növü ürək problemləri riskini azaldır.

Lakin düzgün zamanda düzgün həcmdə edilən idman ürəyi və qan damarlarını cavan saxlaya bilər.

"The Journal of Physiology" jurnalında çap olunan araşdırmada iştirakçıların bütün ömürləri boyu etdikləri idman tarixçəsinə baxılıb və onların arteriyalarının sərtliyi ölçülüb.

Arteriya qanı ürəyə, eləcə də ürəkdən bütün bədənə aparan damardır.

Arteriya boru şəklindədir və yaşlandıqda sərtliliyə meyllidir. Qeyri-sağlam həyat tərzi arteriaların yağlarla bloklanmasına səbəb olur.

ABŞ araşdırmaçıları belə nəticəyə gəlib ki, ömür boyu həftədə iki-üç dəfə (hər biri 30 dəqiqə olmaqla) idman etmək, baş və boyunu qanla təmin edən orta ölçülü damarların daha cavan saxlayır.

Daha böyük ölçülü damarlar qanı sinə və qarına aparır.

Bu barədə daha geniş