Gəlin öz toyunda nitq deməlidirmi?
Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil

Gəlin öz toyunda nitq söyləməlidirmi?

Böyük Britaniyada şahzadə Harry və amerikalı aktrisa Meghan Markl-ın nikan mərasimində bir neçə ənənəyə əməl olunmayacaq.

Harry evlilik əlaməti kimi üzük taxacaq. Bu, kral ailəsində indiyədək qəbul olunmayıb.

Meghan Markle isə öz toyunda çıxış etməlidir. Böyük Britaniyada bu və digər yeniliklər müzakirələrə səbəb olub.

Bəs görəsən bu barədə Azərbaycanda nə düşünürlər: Gəlin öz toyunda çıxış etməlidirmi?

BBC Azərbaycanca bu sualla Bakı sakinlərinə müraciət edib.