ABŞ-da öldürülən bu canlı ekspertləri niyə çaşbaş qoyub?

ABŞ-ın Montana ştatında fermer tərəfindən öldürülmüş "canavara bənzər" qeyri adi heyvan alim və ekoloqları çaşbaş qoyub.

Qəribə canlı Denton şəhəri ətrafındakı rançoda fermerin mal sürüsünə yaxınlaşdığı zaman vurulub.

Ştatın ekologiya qurumu heyvanın hansı növə aid olduğunu hələ ki, müəyyən edə bilməyib.

Şəklin mənbəyi, Montana Fish, Wildlife and Parks

Onlar deyirlər ki, canavarla müqayisədə canlının dişləri qısa, qabaq ayaqları balaca, pəncələri isə çox iridir.

Hadisə ilə bağlı internetdə müxtəlif nəzəriyyələr yayılır.

Şəklin mənbəyi, Montana Fish, Wildlife and Parks

Bəziləri canlını başqa bir varlığa çevrilməyə qadir məxluq hesab edir.

Digərlərinə əsasən o, meşədə yaşadığı deyilən insana bənzər canlı - bigfoot-dan dönmədir.

Elələri də var ki, heyvanın qrizli ayısının balası olduğunu deyir.

Şəklin mənbəyi, Montana Fish, Wildlife and Parks

Montana ştatının ekologiya departamenti heyvanın itkimilər yarımdəstəsinə aid olduğunu bildirir.

Lakin onun daha dəqiq müyyən edilməsi üçün canlının DNT-si təhlil üçün laboratoriyaya göndərilib.

Onun nəticələri bir həftəyə müəyyən olunacaq.

Həmçinin oxu