Eynşteyn "irqçi və ksenofob" idi

Albert Einstein

Şəklin mənbəyi, AFP/Getty

Şəklin alt yazısı,

Albert Eynşteyn yeni çap olunmuş gündəliklərini ötən əsrin 20-ci illərində yazıb

Albert Eynşteynin yeni çap olunmuş səyahət gündəlikləri alimin irqçi və ksenofob baxışlarını üzə çıxarır.

Gündəlik 1922-ci ilin oktyabr və 1923-cü mart aylarında Asiya və Yaxın Şərqə səyahət vaxtı yazılıb.

Alim öz qeydlərində geniş və mənfi ümumiləşdirmələrə yol verir.

Onlardan birində, çinliləri "zəhmətkeş, çirkli və küt insanlar" adlandırır.

Həyatının sondakı illərində insan hüquqlarının müdafiəsinə səsləyən alim irqçiliyi "ağdərili insanların xəstəliyi" kimi təsvir etmişidi.

Gündəliklər ingilis dilində ayrıca bir toplum kimi ilk dəfədir ki, çap olunur.

Eynşteyn İspaniyadan Yaxın Şərqə, Şri Lanka, Çin və Yaponiyaya səfər edib.

Misirin Port-Səid şəhərinə gələn alim mallarını satmaq üçün gəminin göyərtəsinə qalxan levantin satıcıları "cəhənnəmdən çıxmışlar" kimi təsvir edir.

O, həmçinin Şri Lankada yaşadığı təəssüratları ilə də bölüşür.

"Onlar inanılmaz üfunət və çox çirkab içində yaşayır, az işləyir, ehtiyacları da azdır".

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı,

Eynşteyn səyahətə xanım Elsa ilə birlikdə çıxmışdı

Guardian qəzetindəki məqalədə deyilir ki, məşhur fizikin ən sərt ifadələri çinlilələ aiddir.

O, çinlilərin uşaqlarının "ruhsuz və küt" olduğunu yazır. Alimin sözlərinə görə çinlillər "bütün başqa irqləri sıxışdırıb onların yeriniə tutarsa" bu üzücü olacaq.

Çinliləri "insanlardan daha çox avtomatlara" bənzədən alim onları " qəribə və sürüsayağı millət" olduğunu yazır.

Necə olur ki, onların "kişiləri qadınların ölümcül cazibəsindən" "qorumaq iqtidarında" deyillər, Eynşteyn sual deyir.

Elm və humanizm sahəsində tanınmış alim, 1933-cü ildə Adolf Hitler və Nasist Partiyasının hakimiyyət başına gəlməsindən sonra doğma Almaniyanı tərk edərək ABŞ-da mənzillənmişdir.

1946-cı ildə Pennsylvania Universtitetində çıxış edən yəhudi alim, irqçiliyi "ağdərili insanların xəstəliyi" kimi səciyyələndirib.