Hindistan: Az qala 200 kq çəkisi olan pələngi yeni məskənə belə daşıdılar - şəkillər

Hindistanda 195 kq çəkisi olan pələng Madya Pradeş ştatındakı qoruqdan 600 kilometr aralıda yerləşən Orissa ştatındakı Satkosia milli parkına köçürülüb.

İrimiqayslı əməliyyatda ekoloqlar, qoruq işçiləri, baytarlar iştirak edib.

3 yaşlı pələngin daşınmasında fillərdən də istifadə olunub.

MB2 adlı erkək yeni məskənə yola düşən ilk heyvan olub.
Image caption MB2 adlı erkək yeni məskənə yola düşən ilk heyvan olub.

Orissa ştatına 5 pələng keçirilməlidir.

MB2 adlı erkək yeni qoruğa yola düşən ilk heyvan olub.

Məqsəd Orissa ştatındakı milli parkda pələng populyasiyasını artırmaqdır.

Daşınmaqdan əvvəl pələngi yatızdırmaq üçün trankvilizatordan istifadə olunmuşdur
Image caption Daşınmaqdan əvvəl pələngi yatızdırmaq üçün trankvilizatordan istifadə olunmuşdur

Ümid edirik ki, pələng Satkosiada bu heyvanların sayının artırılmasını nəzərdə tutan "iddialı layihəmizin" hədəfinə çatmağa kömək edəcək, qoruğun yaydığı açıqlamada qeyd olunur.

Satkosia qoruğunda erkək pələng yoxdur.

Pələngi maşına aparırlar.
Image caption Pələngi maşına aparırlar.
Forest officers observe the tiger inside a customised cage
Image caption Pələng xüsusi qəfəsdə aparılıb
pələng

Pələng yeni yerə çatdırılandan sonra yaşamağa alışmaq üçün bir müddət volyerdə saxlanılacaq.

Pələng

Şəkillər - Madhya Pradesh ştatının Ekologiya Departamenti tərəfindən təqdim olunub

Bu barədə daha geniş