Fransa DÇ 2018-in qalibidir

Fransadan qollardan birini 19 yaşı olan Mbeppe vurub Fotonun müəllifi Getty Images
Image caption Fransadan qollardan birini 19 yaşı olan Mbappe vurub

Moskvada keçirilən futbol üzrə Dünya Çempionatının finalında Fransa Xorvatiya ilə qarşılaşıb. Fransızlar 4-2 qalib gələrək turnirin qalibi olublar.

Bu, Fransanın ikinci DÇ qalibiyyətidir. Fransa bundan əvvəl 1998-ci ildə Parisdə keçirilmiş çempionatın qalibi olub.

Çox az adam Dünya Çempionatının finalında bu iki komandanın qarşılaşacağını güman edərdi.

Xorvatiya ilə Fransa Moskvanın Lujniki Stadionunda qarşılaşıb. Xorvatiya üçün bu, ilk DÇ finalı idi.

Fransanın baş məşqçısı Didier Deschamps həm futbolçu, həm də baş məşqçi kimi dünya çempionu olub. Bununla o, bunu bacaran üçüncü şəxs olub.

Xorvatiyanın baş məşqçisi Zlatko Dalic son doqquz aydır komandaya rəhbərlik edir. Onun komandasının Dünya Çempionatının finalına çıxacağını proqnoz edənlərin sayı yəqin ki, çox olmazdı.

4.17 milyon əhalisi olan bu ölkənin Dünya Çempionatının finalına adlamış ən kiçik ölkə olduğunu düşünürsünüz? Yox, yanılırsınız. 1930-cu ildə Uruqvay kuboku başına qaldıran zaman əhalisi 1.7 milyon idi.

Xorvatiya DÇ finalına adlamış FİFA reytinində ən aşağı göstərici olan komandadır. Onlar Rusiyada keçirilən çempinatın yarımfinalında İngiltərəni məğlub edərək buna nail olublar.

Onlar 20 il bundan əvvəl Fransada keçirilmiş Dünya Çempionatında üçüncü yeri qazanmışdılar.

Fotonun müəllifi Getty Images
Image caption Xorvatiya yalnız 1991-ci ildən bəri müstəqil dövlətdir

Fransa 2016-cı ildə Avropa Çempionatının finalına çıxsa da, Portuqaliyaya məğlub oldu.

Əlaqəli mövzular

Bu barədə daha geniş