Balina ovu dənizi al qan rənginə boyayır
Farer adalarında sərt qış ayları üçün tədarük edən sakinlərin onlarla balina ovlaması dəniz sularını al qan rənginə boyayıb.
Xəbərdarlıq: Bəzi görüntülər sarsıdıcı ola bilər.
Şəklin mənbəyi, Alastair Ward / Triangle News
Farer adalarının Sandavagu buxtasında yerli icmanın "Balina təqibi" kimi tanınan ənənəvi ov səhnələrini Cambridge Universitetinin 22 yaşlı tələbəsi Alastair Ward izləyib.
Şəklin mənbəyi, Alastair Ward / Triangle News
Farer adaları Atlantik okeanının şimalında, Norverçlə İslandiya arasında yerləşir.
Bu arxipelaqa müxtəlif ölçülü 18 ada daxildir.
Şəklin mənbəyi, Alastair Ward / Triangle News
Uzun qış mövsümündə qrind balinalarının əti və yağı mühüm qida mənbəyidir.
Yerli sakinlər balinaları əsrlərdir ovlayır.
Hərçənd ki, ovlama səhnələri adalardan kənarda sarsıdıcı kimi qəbul edilə bilər.
Şəklin mənbəyi, Alastair Ward / Triangle News
Cənab Ward-a əsasən buxtadakı balinaların sayı onu dəhşətə gətirib.
"Onlar avarlardan istifadə etməklə balinaları buxtaya doğru qovurdular. Məsafə kifayət qədər azalandan sonra bütün şəhər sahilə şığıyıb onları öldürməyə başlayır", - Ward Triangle xəbər agentliyinə deyib.
"Ovda kəndirləri dartıb, qalıqların üzərinə qalxan uşaqlar da ilştirak edir".
Şəklin mənbəyi, Alastair Ward / Triangle News
Yerli sakinlər deyir ki, balinalara mümkün qədər əzab verməyərək milli qanunların tənzimlədiyi ovlama hamı üçün açıq icma fəaliyyətidir.
Ovun dayanıqlı olduğunu hesab edən farerlilərə görə adalar ətrafındakı sularda yaşayan 100 min balinadan ildə yalnız 800-ü tutulur.
Şəklin mənbəyi, Alastair Ward / Triangle News
Hərçənd ki, cənab Ward balinaları öldürmək üsulunun narahatlıq doğurduğunu deyir.
"Balınaları dartıb çəkmək üçün kəndirin ucundakı qarmağı balınanın nəfəs borusuna keçirirlər. Daha sonra onları bıçaqlarla kəsib doğrayırlar. Balinalar qəddarlıqla öldürülür".
Şəklin mənbəyi, Alastair Ward / Triangle News
.