Çox yeyəndə depressiyaya düşürsünüz? Bağırsağın ikinci beyin olduğunu bilirdiniz?

Intestines drawn over a woman's belly Fotonun müəllifi Getty Images
Image caption Ekspertlərə görə, bağırsaq öz işini beyindən əmrlər almadan da görə bilir

Bədəninizin hansı hissəsində neyronlar onurğa beynindəkindən daha çoxdu və mərkəzi sinir sistemindən asılı olmayaraq fəaliyyət göstərir?

Siz bəlkə də bağırsağı dilə gətirməyəcəksiniz. Lakin bizim bağırsaqlarımızı milyonlarla neyron örtür, bu səbəbdən də bağırsağa "ikinci beyin" deyirlər.

Bizim həzm sistemimizin fəaliyyət dairəsi təkcə yediyimiz yeməklərlə məhdudlaşmır.

Bağırsaqda yaşayan mikroblar bizim əhval-ruhiyyəmizə təsir edə bilər.

Alimlər bizim bağırsağımızın durumu ilə immun sistemi və psixiki sağlamlığımızın pozulması halları arasında bağlılığı öyrənilər.

Bağırsaqlarımız haqqında gözlənilməz faktlar:

Avtonom sinir sistemi

Fotonun müəllifi Getty Images
Image caption Bizim bağırsağımızda trilyonlarla yaşayan bakteriyalar yediklərimizi həzm etməyə kömək edir

"Digər orqanlardan fərqli olaraq bizim bağırsağımız öz-özünə fəaliyyət göstərə bilir.

Bağırsaq beyindən asılı olmayaraq qərarlar qəbul edə bilər və necə fəaliyyət göstərməsi üçün beyindən gələn əmrlərsiz də keçinə bilər", - bağırsaq salamlığı üzrə doktor Megan Rossi deyir.

Mərkəzi sinir sisteminin (CNS) bir hissəsi olan və bağırsağın həzm sisteminə cavabdeh olan avtonom idrak qarın sinir sistemi (ENS) adlanır,

Sistem qarını və həzm sistemini bürüyən və neyronlardan inbarət tora bənziyir.

ENS normal hallarda CNS ilə əlaqəni simpatik və parasimpatik sinir sistemi vasitəsilə qurur.

İmmun sistemimizin təxminən 70 faizi bağırsaqlamızdadır

Fotonun müəllifi Getty Images
Image caption Neyronlarınız yalnız beyninizdə deyil

Doktor Rossi qeyd edir ki, bizim bağırsağımızın sağlamlığı immun sistemimizin yaxşı işləməsi üçün vacibdir.

Onun sözlərinə görə, son araşdırmalar göstərir ki, həzm-bağırsaq sistemində problemlər qrip, soyuqdəymə kimi xəstəliklərə qarşı müqaviməti zəiflədir.

Nəcisimizin 50 faizi bakteriyalardır

Bizim bədənimizdən çıxan tullantı təkcə yemək qalıqlarından ibarət deyil. Nəcisin içində aşkar edilən bir çox bakteriyalar bədənəmiz üçün faydalıdır.

Bu səbəbdən, nəcisin transplantasiyası bağırsaqlarında həddən çox "pis" bakteriyaları olanların müalicəsi üçün həyati əhəmiyyət daşıya bilər.

"Stool transplantı" adlanan müalicə üsulu nəcis bakteriyalarını sağlam adamdan xəstəyə köçürülməsindən ibarətdir.

Mözu ilə bağlı, doktor Rossidən gündə tualetə neçə dəfə getmək lazım olduğunu da soruşduq.

O deyib ki, araşdırmaların nəticələrinə əsasən gündə üç dəfədən həftədə üç dəfəyədək normal sayılır.

Yeməklərin çeşidliyi bağırsaqdakı mikroblar üçün faydalıdır

Image caption Bağırsağınızdakı bakteriyalar üçün yeməklərin çeşidli olması xeyirlidir

Bizim bağırsağımızda trilyonlarla mikrob var. Onlar qidalı maddələrin həzm olunmasına kömək edir.

Müxtəlif mikroblar qrupu müxtəlif ərzaq növlərinə öyrəşib, odur ki, yeməklərin çeşidliyi bağırsağı daha sağlam edir.

Doktor Rossi qeyd edir ki, həmişə eyni yemək yeyənlərin bağırsağında mikroblar daha zəif olur.

Sizin əhval-ruhiyyəniz və bağırsağınız arasında əlaqə var

Doktor Rossi hesab edir ki, bağırsağınızda problem varsa, stressdə olub-olmadığınızı yoxlamağa dəyər.

"Mən pasiyentlərimə 15-20 dəqiqə meditasiya etməyi məsləhət görürəm. Onlar buna vərdiş edəndən sonra, mən onlarda simptomların yaxşılaşdığını görürəm, stressdən azad olmaq olduqca vacibdir", - o deyir.

Fotonun müəllifi Getty Images
Image caption Araşdırmaların yeni istiqaməti "yaxşı" bağırsaq bakteriyaları ilə zəngin oaln yeməklərin öyrənilməsilə bağlıdır

Serotoninin 80-90 faizinin həzm sistemimizdə əmələ gəlməsi ovqatımızla bağırsağımız arasında bağlılığın olmasını göstərir.

Serotonin bağırsaq da daxil, bədənin müxtəlif funksiyalarını təsirləndirən kimyəvi rabitəçidir.

Bu maddə eləcə də psixiki pozuntularla da əlaqələndirilir.

Davamlı stress serotoninin səviyyəsini sala bilər və insanın əhval-ruhiyyəsinə, təşviş və xoşbəxtlik hissinə təsir edə bilər.

İnsanlar və heyvanlar üzərində keçirilmiş əvvəlki araşdırmalarda depressiya və digər psixiki problemlər yaşayan xəstələrin bağırsağındakı mikrob koloniyalarında pozuntlar aşkar edilib.

Araşdırmaların perspektiv istiqaməti psixiki sağlamlığın yaxşılaşdırılması üçün sağlam bağırsaq bakteriyalar qarışığından - "psixobiotiklərdən" - istifadə olunması ilə bağlıdır.

Fotonun müəllifi Getty Images
Image caption Əgər siz hansısa yeməkdən çəkinirsinizsə, onu yeməklə özünüzə problemlər yarada bilərsiniz, doktor Rossi deyir

Bəzi qidaların sizin üçün pis olduğunu düşünürsünüzsə, siz bunu hiss etməyə başlaya bilərsiniz

Bəzi insanların bağırsağı həssas olur.

Doktor Rossiyə görə, son araşdırmalar göstərib ki, əgər siz müəyyən növ yeməklərdən çəkinirsinizsə, həmin yeməyi yeyərkən sizdə simptomlar əmələ gəlməyə başlaya bilər.

"Yeməyə münasibətin bağırsaqda necə problem yaratdığını klinikamda görə bilirəm", - o deyir.

Xeyli sayda adam hesab edir ki, qlüten və ya laktoza onlar üçün zərərlidir.

Hətta əslində onların həmin maddələrə allergiyası və ya dözümsüzlüyü olmayanda da belə, onlar bu qidaları qəbul edəndən sonra problemlər yaşayırlar.

Siz həzm sisteminizi yaxşılaşdıra bilərsiniz

Doktor Rossi bağırsağınızın sağlam qalması üçün aşağıdakıları məsləhət görür:

  • Bağırsaqdakı mikrob mühitinin müxtəlifliyini genişləndirmək üçün yeməklərinizin çeşidini artırın.
  • Stressin qarşısını almaq üçün meditasiya, istirahət, yoqa və digər üsullardan istifadə edin.
  • Əgər bağırsaqla bağlı problemləriniz varsa, alkoqol, kofein və ədviyyatlı yeməklərdən vaz keçin. Bunlar problemlərinizi kəskinləşdirə bilər.
  • Çalışın yaxşı yatın. Bir araşdırmaya görə, yuxu saatlarınızın dəyişməsi bağırsaqdakı mikrobların fəallığını təsirləndirir. Və yadda saxlayın ki, əslində, sizin istədiyiniz, mikroblarla yaxşı rəftar etməkdir.

Bu barədə daha geniş